Bazar günü Ukraynanın Qara dəniz limanlarından dörd taxıldaşıyan gəmi yola düşüb.
Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində onun icrasına nəzarət etmək üçün yaradılmış qurum olan Birgə Koordinasiya Mərkəzi dəniz yolu ilə humanitar dəhlizlə gəmilərin gedişinə icazə verib.
Ukrayna limanlarından çıxan gəmilər Çin, İtaliya və Türkiyədə iki məntəqəyə göndərilir.
Beşinci gəminin yükləri götürmək üçün Ukraynaya getməsinə icazə verilib.
Ukrayna dünyanın ən böyük taxıl tədarükçülərindən biridir və limanların bağlanması qlobal ərzaq qiymətlərinin artmasına və aclıq təhlükəsinin yaranmasına gətirib çıxarıb.
Avqustun 6-da Rusiyanın tammiqyaslı hərbi müdaxiləsi başlayandan bəri ilk dəfə olaraq yükləri daşımaq üçün gəmi Ukrayna limanına gəlib. Müharibə səbəbindən Qara dəniz limanlarında milyonlarla ton ərzaq yığılıb qalıb.
İyulun 22-də Rusiyanın hərbi təcavüzünün davam etməsi fonunda İstanbulda taxıl və digər ərzaq məhsullarının Ukraynanın Qara dəniz limanlarından daşınmasına dair saziş imzalanıb. Ukrayna və Rusiya nümayəndələri BMT və Türkiyə nümayəndələri ilə iki ayrı saziş imzalayıblar ki, bu da sazişlərin qarantı olmalıdır.
İmzalanmış sənədlərə əsasən, Qara dənizdə Ukraynanın üç limanı - Odessa, Çernomorsk və Yujnı blokdan çıxarılmalıdır. Hər iki tərəf yük gəmilərinin keçid marşrutu üzrə atəşkəsə zəmanət verib.