Accessibility links

Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin görüşü olub


Daşkənddə Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli görüşü olub
Daşkənddə Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli görüşü olub

Avqustun 2-də Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Görüşdə Azərbaycan tərəfdən xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər.

Məlumata görə, nazirlər gündəlikdə duran mövzular üzrə çıxışlar səsləndiriblər:

“Görüşdə xarici siyasət, regional əməkdaşlıq imkanları ilə bağlı məsələlər, üç ölkənin iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın tam potensialının həyata keçirilməsi üçün görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib” - deyə, məlumatda vurğulanıb.

Bundan əvvəl, iyunun 27-də isə Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilib.

XS
SM
MD
LG