Accessibility links

Tramp qayıdış çıxışında seçki saxtakarlığına dair iddialarını müdafiə edib


Tramp qayıdış çıxışında seçki saxtakarlığına dair iddialarını müdafiə edir
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Tramp qayıdış çıxışında seçki saxtakarlığına dair iddialarını müdafiə edir

Prezident Donald Tramp sonuncu dəfə izdiham qarşısında çıxışı Vaşinqtonda prezident kimi fəaliyyətinin son günündə - ona ikinci uğursuz impiçment cəhdinə gətirən 6 yanvar 2021-ci ildə baş vermiş ölümcül hadisədən bir neçə həftə sonra olmuşdu. 18 aydan bir qədər çox vaxt keçdikdən və vəzifədən getdikdən sonra o, zəngin müttəfiqləri ilə birlikdə ilk dəfə böyük şəhərə siyasi çıxışı üçün qayıdıb.

Çərşənbə axşamı ABŞ-ın sabiq prezidenti Donald Tramp geniş siyasi çıxışı zamanı 2020-ci il seçkilərində qalib gəldiyinə dair yanlış iddianı təkrar etməklə Vaşinqtona geri qayıdışını qeyd edib. Bu həm də onun siyasətə mümkün geridönüşü ola bilər.

"Birinci dəfə iştirak etdim və qalib gəldim. Sonra ikinci dəfə iştirak etdim və daha yaxşı nəticə əldə etdim. Biz milyonlarla və milyonlarla daha çox səs topladıq. Sonra nə olduğunu bilirsiniz. Bu, uzun müddət danışılacaq. Bu, biabırçılıq idi. Lakin biz bunu yenidən etməli ola bilərik" – deyə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.

Bu sözlər onun 90 dəqiqəlik nitqinin ortasında səslənib. Həmin nitqdə o, mühacirlərə və narkotik cinayətləri ilə ittiham olunanlara qarşı daha sərt mövqe tutacağını və hüquq-mühafizə orqanlarına genişləndirilmiş səlahiyyətlər verəcəyini bildirərək "qanun və qayda" kimi təsvir etdiyi gündəliyini açıqlayıb.

Amerikanın Səsi Tramp tərəfdarı və Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriçdən 2021-ci il yanvarın 6-da ABŞ Konqres binasında zorakılıq cəhdi ilə bağlı bir sıra Konqres dinləmələrinin mərkəzində olan Trampın seçkidə qələbəsi iddiası haqqında nə düşündüyünü soruşub. Onlar həm də Konqresə prezident Co Baydenin Tramp üzərində qələbəsini təsdiqləməsinə mane olmağa çalışmışdılar.

"İki saatlıq bir nitqi götürüb, sizə maraqlı olan 90 saniyəni seçməyiniz heyrətamizdir" – deyə, ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç bildirib.

Bir gün əvvəl Amerikanın Səsi Ağ Evin mətbuat katibi Karin Jan-Pyerdən Bayden administrasiyasının Trampın çıxışını izləyib-izləməyəcəyini soruşub.

"Bu, mənim izlədiyim və ya burada izlədiyimiz bir şey deyil. Onun nə haqqında danışmağa gəldiyini bilmirəm" – deyə, Ağ Ev rəsmisi qeyd edib.

Bəzi təhlilçilər Trampın seçkinin nəticələrinə şübhə yaratmaq qərarının əhəmiyyətli olduğunu deyirlər.

"Onun siyasi müdaxilələri və ideyalarının çoxu ilə yaşamağa hazıram, çünki o, ən azı qaydalar çərçivəsində oynayırdı. Ən azı, bu, nəzarət və tarazlıq və demokratik prosesin mövcud olduğu konstitusiya demokratiyasının icazə verdiyi bir şeydir. Amma şəxsən sizə zərər verdiyi üçün seçkinin nəticələrinə hörmət etməyi dayandırsanız, o zaman bu, tamam başqa məsələdir. Düşünürəm ki, bu, məsələni qeyri-qanuni müstəviyə aparır" – deyə, Brukinqs İnstitutundan Maykl Ohanlon bildirib.

Trampın sözləri ABŞ sərhədlərindən kənarda da əks-səda verə bilər.

"Düşünürəm ki, bu çıxış Demokratlar və Respublikaçılar üçün dünyanı gəzib insanlara ölkəmizin demokratiyanın mayakı olduğunu bildirməyi bir daha çətinləşdirir. Amerikalıların 30 faizi və ya təxminən o qədəri bu yalana inandıqca, bu gecə olduğu kimi insanlar onu ayaqda alqışlayanda – hətta o, heç vaxt başqa bir rəhbər vəzifə yarışını qazanmasa belə, bu, demokratiyanın həqiqətən də bu gün Amerika təfəkküründə dominant qüvvə olmadığını göstərir" – deyə, Ostindəki Texas Universitetindən Ceremi Suri bildirib.

Yanvarın 6-da baş verən hadisələr son bir ayda Konqresdə keçirilən bir sıra dinləmələrdə çox təfərrüatlı şəkildə nəzərdən keçirilib. Dinləmələrdə Trampın basqından sonra xalqa mesajından bir hissə nümayiş etdirilib:

“Seçkilərin bitdiyini demək istəmirəm. Sadəcə demək istəyirəm ki, Konqres seçkinin nəticələri təsdiqləyib. Seçkinin bitdiyini demədən”

Çərşənbə axşamı Vaşinqtonda o, bu hissəni yüksək səslə təkrarlayıb.

XS
SM
MD
LG