Accessibility links

Müsavat Partiyası Məclis üzvünün həbs edildiyini bildirir


Əlikram Xurşidov
Əlikram Xurşidov

İyulun 26-da Müsavat Partiyasının Məcls üzvü Əlikram Xurşudov polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbsə məhkum edilib.

Bu barədə Müsavat Partiyası məlumat yayıb.

Polis Xurşudov haqqında inzibati protokol tərtib edildiyini təsdiq edib. Amma onun hansı məhkəmənin qərarı ilə məhkum edildiyini bildirməyib.

Əlikram Xurşudov iyulun 20-də Müsavat Partiyasının və Milli Şuranın funksioneri Tofiq Yaqublunun təşəbbüsü ilə keçirilən "Quru sərhədləri açın!" aksiyasının iştirakçısı olub. Həmin aksiya zamanı saxlanılsa da o, sonradan sərbəst buraxılıb.

Müsavat Partiyası son günlər fəallarının həbsini bu partiyaya qarşıı repressiya tədbirləri kimi qiymətləndirir.

“Partiyanın Gənclər Təşkilatı İdarə Heyətinın üzvü Əziz Məmiyev qondarma ittihamlarla həbs olunduqdan sonra indi də Müsavat başqanının müşaviri, Məclis üzvü, keçmiş siyasi məhbus Əlikram Xurşudov həbs edilib. Dünəndən zənglərlə axtarılan Əlikram bəy bu gün guya polisə tabe olmama ittihamı ilə 30 gün müddətinə həbs edilib,” Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edib.

Müsavat Partiyasının başqanı hesab edir ki, Əlikram Xurşudov, Əziz Məmiyev və bütün siyasi məhbuslar dərhal azad edilməlidir.

Öz növbəsində Azərbaycan hakimiyyəti ölkədə insanların siyasi əqidəsinə görə təqib edilmədiyini, bütün fundamental azadlıqların tam təmin edildiyini bəyan edir.

Bununla yanaşı yerli hüquq müdafiə təşkilatları ölkədə yüzdən çox insan siyasi məhbus kimi tanıdğını bildirir. Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyər göstərir.

XS
SM
MD
LG