Accessibility links

Dövlət Departamenti: ABŞ Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında fəal rol oynayır


Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında öz rolunu təsdiqləyib.

“Biz fəal rol oynayırıq və hər zaman bəyan etmişik ki, bu ölkələrə uzunmüddətli və hərtərəfli sülhü tapmağa kömək etmək üçün ikitərəfli əsasda və həmfikir- tərəfdaşlarımızla birlikdə, o cümlədən ATƏT-in Minsk Qrupu çərçivəsində qarşılıqlı fəaliyyətə hazırıq,” bazar ertəsi, iyulun 18-də Dövlət Departamentinin mətbuat katibi Ned Prays gündəlik brifinq zamanı Turan Agentliyinin sualına cavabında bildirib.

Son həftələr dövlət katibi Blinkenin Xarici İşlər nazirliklərindəki həmkarları ilə ünsiyyətdə olmaq imkanı olub.

“Dövlət katibinin köməkçisi Karen Donfrid və Dövlət Departamentinin digər nümayəndələri də erməni və azərbaycanlı həmkarları ilə yüksək səviyyədə ünsiyyət qurmaq imkanları əldə ediblər,” Prays deyib.

“Biz bu görüşü alqışladıq və əvvəlkitək hesab edirik ki, dialoq Cənubi Qafqaz regionu üçün dinc, demokratik və çiçəklənən gələcəyə nail olmaq üçün ən yaxşı vasitədir,” Ned Prays Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib.

Mətbuat katibi həmçinin bildirib ki, ABŞ Avropa İttifaqı müttəfiqləri, eləcə də regiondakı digər tərəfdaşları, o cümlədən Azərbaycanla enerji təhlükəsizliyi məsələsində çox sıx əməkdaşlıq edir.

“Biz bu müddət ərzində sabit qlobal enerji təchizatı görmək istəyirik. Bu, bizim ABŞ-Avropa İttifaqı işçi qrupumuzun çox yaxından işlədiyi bir şeydir. Bu, bizim dünyanın bir sıra ölkələri, o cümlədən Azərbaycanla ikitərəfli şəkildə çox sıx əməkdaşlıq etdiyimiz bir məsələdir,” o qeyd edib.

XS
SM
MD
LG