Accessibility links

İran Qərbi Azərbaycanda "terror qruplaşmasının” üzvlərini həbs etdiyini iddia edib


İranın Kəşfiyyat Nazirliyi verdiyi açıqlamada Qərbi Azərbaycan vilayətində “terror qruplaşması”nın üzvlərini həbs etdiyini iddia edib.

Fars xəbər agentliyi Kəşfiyyat Nazirliyinin rəsmi saytına istinadən xəbər verib ki, "terror qruplaşmasının bütün üzvləri" Qərbi Azərbaycan vilayətinin kəşfiyyat İdarəsi, İslam İnqilabı Keşikçiləri Korpusunun bir düşərgəsi və vilayətin ədliyyəsi ilə birgə əməkdaşlıq çərçivəsində həbs edilib. Həbs edilən şəxslər “bədxah separatçılar” kimi təqdim edilib.

Yayımlanan xəbərdə “təxribatçı şəbəkə” kimi qeyd edilən qruplaşmanın sayı on nəfər olaraq açıqlanıb və onlardan hər cür fərdi silah, RPG, qumbara və TNT əldə edildiyi bildirilib.

İranın Kəşfiyyat Nazirliyinin rəsmi saytının dərc etdiyi açıqlamaya görə, bu şəxslər bir neçə qrupda və on nəfərlik şəbəkə şəklində “ölkənin həyati və iqtisadi mərkəzlərini və obyektlərini partlatmağı” planlaşdırıblar.

Açıqlamada həbs olunan şəxslərin adları və təfərrüatları qeyd olunmasa da, onların İraqın Kürdüstan bölgəsindən gəlişləri bildirilir və İraq Kürdüstanı administrasiyasına “terrorçu muzdluların” təxliyəsi ilə bağlı xəbərdarlıq verilib.

XS
SM
MD
LG