Accessibility links

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Bakıya səfər etməyi planlaşdırır


Kadri Simson
Kadri Simson

İyulun sonunda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson Bakıya səfər etməyi planlaşdırır.

Bu barədə Avropanın "EUobserver" saytı məlumat yayıb.

Məlumata görə, səfərin məqsədi Avropa İttifaqı ölkələrinin təbii qaz idxalının artırılması və Cənub Qaz Dəhlizinin genişləndirilməsinin dəstəklənməsi haqqında saziş layihəsini Azərbaycan hökuməti ilə müzakirə etmək olacaq.

"Biz tədarükləri artırmaq üçün sıx əməkdaşlıq edirik" - deyə, Avropa İttifaqının sözçüsü bildirib.

Səfərdən əvvəl tərəflər iyulun 19-da Brüsseldə danışıqlar aparacaqlar.

Öz növbəsində Azərbaycan Energetika Nazirliyi Amerikanın Səsinə bildirib ki, Avropa İttifaqının enerji məsələləri üzrə komissarın Bakıya gəlişi nəzərdə tutulur.

Reuters xəbər verir ki, tərəflər kommersiya imkanlarına və bazar ehtiyaclarına uyğun olaraq, Aİ-yə ixrac da daxil olmaqla, Cənub Qaz Dəhlizi vasitəsilə 2027-ci ilə qədər hər il ən azı 20 mlrd. kubmetr təbii qazın ikitərəfli satışını dəstəkləməyə çalışırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG