Accessibility links

Ukrayna Rusiyanın yaşayış binasına hücumu nəticəsində 15 nəfərin öldüyünü bildirib


Ukrayna rəsmiləri bazar günü Rusiyanın 5 mərtəbəli yaşayış binasına raket hücumu nəticəsində ən azı 15 nəfərin öldüyünü bildirib. Rəsmilər deyir ki, Çasiv Yar şəhərində dağıntılar altında daha çox adam qala bilər.

Ukrayna şənbə günü Rusiyanın şərq və cənub bölgələrinə ağır raket zərbələri endirdiyini bildirib.

Xarkiv qubernatoru bildirib ki, Xarkov şəhərinin şimal-şərqindəki raket zərbəsi üç mülki vətəndaşı yaralayıb, baxmayaraq ki, Rusiyanın əsas hücumları Donbasın şərqindəki sənaye bölgəsinə yönəlib.

Ukrayna rəsmiləri həm Luhanskda, həm də Donetskdə hücumlar barədə məlumat verib.

Britaniyanın Müdafiə Nazirliyi isə Moskvanın ehtiyat qüvvələrini Rusiyanın hər yerindən çıxararaq onları Ukraynaya yaxınlaşdırdığını bildirib.

Donbasdakı Ukrayna rəsmilərinin sözlərinə görə, Rusiyanın bir neçə gün əvvəl elan etdiyi əməliyyat fasiləsi baş tutmayıb. Donetsk qubernatoru Pavlo Kırılenko Telegram mesajlaşma xidmətində Rusiya raketinin cəbhə xəttinin arxasındakı Drujkivka qəsəbəsini vurduğunu və digər yaşayış məntəqələrinin də atəşə tutulduğunu bildirib.

Luhansk qubernatoru Serhiy Haiday Telegram-da Rusiya qüvvələrinin "bütün cəbhə xətti boyunca atəş açdığını" bildirib.

Ukraynanın silah və sursat anbarlarını vuran əks hücumu Moskvanı hücumunu dayandırmağa məcbur edib.

XS
SM
MD
LG