Accessibility links

"Gəncə işi"-nin 4 illiyində təqsirli bilinənlərin yaxınları mətbuat konfransı keçirdi


"Gəncə işi"-nin 4 illiyində təqsirli bilinənlərin yaxınları mətbuat konfransı keçirdi
please wait

No media source currently available

0:00 0:02:41 0:00

İyulun 7-də "Müdafiə Xətti” hüquq müdafiə təşkilatı "Gəncə işi" kimi tanınan qrupun ailələri ilə birlikdə mətbuat konfransı keçirib.

Gəncə hadisələrinin 4 illiyi ilə bağlı olan konfransda media nümayəndələri ilə yanaşı, hüquq müdafiəçiləri, insan hüquqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin yaxınları və "Gəncə işi" üzrə təqsirli bilinən şəxslərin ailə üzvləri iştirak ediblər.

Təqsirləndirlilən şəxslərdən Cəfər Zalovun həyat yoldaşı Günay Zalova istintaq dövründə həyat yoldaşına, eləcə də Mahir Əzizov və Ceyhun Salahova qarşı edilən işgəncələrə toxundu. O, bildirdi ki, bu faktları məhkəmə iclasları zamanı təqsirləndirilən şəxslər öz çıxışlarında qeyd ediblər:

"Cəfər Zalov və Mahir Əzizov 2 ay müddətində qanunsuz şəkildə "Bandottel"də saxlanılıb. Bu insanların 72 saatdan artıq orada saxlanılması qanunsuzdur. Orada işgəncələrə məruz qalıblar, toka veriliblər, müxtəlif idman alətləri ilə döyülüblər. Bu işgəncələrə dözüblər. Onların istədikləri sənədlərə imza atmadıqları üçün ailələri ilə təhdid olunublar. Məcbur qalıb sənədləri imzalayıblar. İmza atdıqları sənədi oxumaq hüququ onlara verilməyib. Çox təəssüf edirəm ki, bu sənədlər məhkəmədə əsas kimi götürülüb".

Daha sonra konfrans iştirakçılarından olan Zemfira Hüseynova dövlət qurumlarının laqeydliyindən şikayətləndi. O bildirdi ki, 4 il ərzində heç bir qurum onların şikayətlərini qəbul etməyib:

"Bizim ölkədə nədənsə qanunlar işləmir. Gözəl qanunlarımız var ama qanunlarımız icra edən yoxdur. Məhkəmə sistemi, prokurorluq sistemi bərbad haldadır. Biz hansı qapıya getdik, hansı aidiyyatı orqanın qapısını döydüksə, sadəcə üzümüzə baxdılar. Biz danışdıq, onlar üzümüzə tamaşa etdi. Əgər bizim övladlarımız səhvi olsaydı, onlar o faktları çıxarıb ortaya qoyardılar".

Gəncə məhbuslarından Mahir Əzizovun anası Məhbubə Əzizova oğluna edilən fiziki və mənəvi işgəncələr haqqında danışdı:

"Uşaqlarımıza edilən işgəncələrin sayı hesabı olmayıb. Mənə deyirdi ki, orda mənə o qədər işgəncə veriblər ki, bilmirəm ki mən nə danışmışam. Təhdid ediblər ki, qol çəkməsən həyat yoldaşını gətirib soyunduracağıq".

Rəsmi qurumlar bu mətbuat konfransı bağlı şərh verməyiblər.

XS
SM
MD
LG