Accessibility links

Fuad Əhmədli: Azərbaycanda insan hüquqları sahəsində problemlərin həllində hüququ mexanizmlər olmalıdır


Hüquq müdafiəçisi Fuad Əhmədli
Hüquq müdafiəçisi Fuad Əhmədli

Hüquq müdafiəçisi Fuad Əhmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda vətəndaş hüquq və azadlıqlarının hazırkı vəziyyət, bu sahədə yaranan problemlərin aradan qaldırılması mexanizmlərindən danışıb.

Amerikanın Səsi: Fuad bəy koordinatorlarından biri olduğunuz “Sərhədsiz Təqiblər və Represiya Qurbanlarının Müdafiə Komitəsi” ölkədə insanların təqibi və repressiyaların olduğunu iddia edir. Rəsmi qurumlar isə əksini deyir. Fikirlərinizi sübut üçün hansı faktlara, məhkəmə qərarlarına istinad edirsiniz?

Fuad Əhmədli: Əlbəttə ki, xüsusilə ölkədə repressiyanın və digər qanun halların olmamasını iddia etmək üçün ilk öncə ölkədə ədalətli məhkəmə və ədalətli araşdırma mexanizmi olmalıdır. Bunun üçün hüquqi prosedur olmalıdır. Əgər bir ölkədə məhkəmə-hüquq sistemi, hüquq-mühafizə orqanları və bu sahədə boşluqlar var. Əgər bir ölkədə bunlar tamamilə iflic edilib, sıradan çıxarılıbsa və bütün qərarlar yalnız bir neçə nəfər şəxsin şəxsi təşəbbüsünə və şəxsi sifarişinə bağlıdırsa burada heç bir araşdırmadan söhbət gedə bilməz. Belə hesab edirəm ki, məqsədəuyğun ola bilər ki, bundan başlayaq ki, problemlərlə bağlı bütün sıxıntılarla, repressiyalar faktları ilə bağlı ən son nümunə göstərə bilərik. Müsəlman Birliyi Hərəkatının bir neçə fəalının polis idarəsində özlərinin iddia elədiyi formada onların işgəncəyə məruz qalması, təhqirə məruz qalması, onların dəyərlərinin, müqəddəslərinin təhqirə məruz qalması ilə bağlı araşdırmaların aparılmaması, onlardan sadəcə olaraq ərzaq alınaraq onların uzun müddət gözlədilməsi, onlardan əvvəl Tofiq Yaqublu, Bəxtiyar Hacıyev, Rəbiyyə Məmmədova, Əvəz Hafızli işi üzrə ümumi araşdırmaların aparılmaması birbaşa olaraq onu göstərir ki, Azərbaycan hakmiyyəti nəinki tutarlı, hətta ehtimal olunan faktların araşdırılmasında maraqlı deyil. Bu da maraqlı olmaması birbaşa olarq bu nəticəyə gəlinir ki, bizim əslində ayrı vaxtlarda şikayət etdiyimiz və repressiyanı həyata keçirdiyini iddia etdiyimiz orqanlar əslində eyni orqanlardır. Vahid mərkəzdən təlimat, tapşırıq alan orqanlardır.

Fuad Əhmədli: Azərbaycanda insan hüquqları sahəsində problemlərin həllində hüququ mexanizmlər olmalıdır
please wait

No media source currently available

0:00 0:05:12 0:00

Amerikanın Səsi: Azərbaycanda iddia etdiyiniz təqiblərin və repressiyaların aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

Fuad Əhmədli: Bir daha bildirirəm ilk növbədə hüquqi mexanizmlər olmalıdır. Siyasi məsuliyyətindən, siyasi mənsubiyyətindən, irqindən, dinindən ideologiyasından, etiqadından aslı olmayaraq, etnik tərkibindən aslı olmayaraq bütün insanlara eyni qaydada davranış sərgiləməyi bacaran, cəmiyyətdəki statusundan, mövqeyindən və postundan aslı olmayaraq bütün insanlara, Azərbaycan vətəndaşlarına eyni formada yanaşma sərgiləməyi bacaran azərbaycanlı mühafizə sistemi olmalıdır. Bundan əlavə də cəmiyyətin ictimia-nəzarət mexanizmləri sıradan çıxarılmamıldır. Bunun sərbəst fəaliyyətinə şərait yaradılmalıdır. Eyni kooperativ əmək nəticəsində Azərbaycanda repressiyaların və işgəncələrin aradan qaldırılması və yaxud səngiməsi mümkündü. Çünki bu hüquqi dövlət olacağı təqdirdə mümkün olacaq.

Amerikanın Səsi: Beynəlxalq qurumların Azərbaycanda insan haqlarına dair vəziyyətə diqqətini necə qiymətləndirərdiniz, vəziyyətin dəyişməsi üçün onlar təsirli mexanizmlərə malikdirlərmi?

Fuad Əhmədli: Bununla bağlı əlbəttə ki, ilk növbədə insanın ağlına gələn şey hüquq müdafiəçilərinə, beynəlxalq qurumlara əyani monitorinq imkanları yaradılmalıdır. Biz nəzərə alsaq ki, Norveç İnsan Haqları, ATƏT-in Demokratik Təsisatlar Bürosu, Amnesty International, Human Rights Watch və digər təşkilatların Azərbaycanda fakitiki olaraq fəaliyyəti qadağa qoyulmuş vəziyyətdədir. O halda onların Azərbaycanda hansı formada fəaliyyət göstərməsi də sual altındadı. Azərbaycanda çox təəssüflər olsun ki, hal-hazırda fəaliyyət göstərən təşkilatların bir çoxu yalnız fəaliyyətinə icazə verilən təşkilatlardır ki, onlar da müəyyən öhdəliklər və anlaşmalar əsasında fəaliyyət göstərir ki, bütün hüquq pozulmalarına eyni vaxtda fokuslanmayacağıq, yalnız onların bir hissəsinə fokslanacağıq. Buna görə də Azərbaycanla bağlı verilən bəyanatlara, Azərbaycandakı repressiya maşınının durdurulmasına dair təpkilər bu gün yetərli deyil. Biz digər ölkələrlə, avtoritar ölkələrlə müqayisə aparsaq burada iqtisadi sanksiyaları, hərbi sanksiyaları, digər sərt ritorikaları gördüyümüzdə və bir daha Azərbaycana çönüb baxdığımızda sonra da ortaya çıxan faktlar ki, ötən illərdə Luka Valenti keysini xatırlayırıq ki, italiyalı deputat prokurorluq tərəfindən bəlli oldu ki, Azərbaycan hakimiyyəti ilə qanunsuz rüşvət sövdələşməsində və s. insan haqları ilə bağlı belə olan təqdirdə bəli qənaətbəxş hesab edilməyə bilər.

XS
SM
MD
LG