Accessibility links

Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd edilib


ABŞ hərbçiləri bayraq təqdim edir
ABŞ hərbçiləri bayraq təqdim edir

İyulun 1-də ABŞ-ın Azərbaycandakı Səfirliyi Birləşmiş Ştatların müstəqilliyinin 246 illiyi münasibəti ilə qəbul təşkil edib. Qəbulda Azərbaycanın hökumət rəsmiləri, deputatlar, siyasi partiya rəhbərləri, ziyalılar, ictimaiyyətin nümayəndələri, diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndəliklərinin təmsilçiləri iştirak edib.

Tədbir Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində qalibi Eldar Qasımovun ifasında Amerika və Azərbaycan himnlərinin ifası ilə başlayıb. Daha sonra Amerika əsgərləri simvolik olaraq bayraqları gətirib.

Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd edilib
please wait

No media source currently available

0:00 0:03:07 0:00

Səfir Li Litzenberger bildirib ki, 4 iyul 1776-cı il tarixli Müstəqillik Bəyannaməsi həmin gündən etibarən Birləşmiş Ştatları dövlət kimi müəyyən edib və bu gün hələ də dünyada insanları ruhlandıran fundamental azadlıqların bəyanatı kimi çıxış edir.

“Biz müstəqilliyimizi bəyan etdik ki, fundamental azadlıqlarımızı sərbəst həyata keçirək - fikirlərimizi ifadə etmək azadlığına sahib olaq, kiminsə haradansa olmasına, hansısa dildə danışmasına, hansısa dinə etiqad etməsinə, öz ailəsini necə səciyyələndirməsinə əsaslanan ayrı-seçkilikdən azad olaq.”

Li Litzenberger və Samir Şərifoğlu
Li Litzenberger və Samir Şərifoğlu

Səfir Litzenberger deyib ki, ABŞ vətəndaşları həmin hüquqların, o cümlədən keçmişdə cəmiyyətin qəbul etməkdə çətinlik çəkdiyi hüquqların təmin edilməsində və qorunmasında hökumətinə güvənir.

“Biz inanırıq ki, həmin azadlıqların qorunması və həyata keçirilməsi fərd və cəmiyyət olaraq potensialımızı tam gerçəkləşdirməyə imkan verir,” o əlavə edib.

Azərbaycan hökumətini fəxri qonaq qismində təmsil edən Maliyyə Naziri Samir Şərifov Amerikanın Müstəqillik günü münasibətilə Azərbaycan hökumətinin təbriklərini çatdırıb.

Şərifov iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusilə enerji və terrorizmlə mübarizə sahəsində inkişaf etdiyini, Azərbaycanın enerji layihələrinin həyata keçirilməsində ABŞ-ın dəstəyini yüksək qiymətləndirdiyini bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan regionun inkişafı istiqamətində addımlar atır və Ermənistanla sülh sazişinin imzalanması burada mühüm rol oynaya bilər.

O son dövrlərdə ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin intensivləşdiyini diqqətə çatdırıb. Dövlət rəsmilərinin qarşılıqlı səfərlərini, ABŞ Prezidentinin və Dövlət Katibinin Azərbaycana xoşməramlı məktublarını xatırladıb.

ABŞ-Azərbaycan diplomatik münsaibətlərinin 30 illiyi
ABŞ-Azərbaycan diplomatik münsaibətlərinin 30 illiyi

Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının həmsədri olaraq Şərifov daha sonra qeyd edib ki, bu ilin payızında Vaşinqtonda Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının beşinci iclası keçiriləcək.

“Azərbaycan hökuməti bu istiqamətdə hazırlıqlara başlayıb,” o deyib.

ABŞ Səfirliyinin məlumatında deyilir ki, 2022-ci ildə Müstəqillik Gününün qeyd olunması ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etdi və bu tədbir, Səfirliyin Avropanın enerji təhlükəsizliyinin təşviqi, ikitərəfli ticarətin və investisiyaların genişləndirilməsi, terrorizm və transmilli təhlükələrlə mübarizədə Azərbaycanla əməkdaşlığa olan sadiqliyini vurğulayır. Səfirlik həmçinin demokratiyanın möhkəmləndirilməsi, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin təşviqi və Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyə nail olmaq kimi ümumi məqsədlərimizə doğru Azərbaycandakı təşkilatlar və fərdlər ilə birgə işləməkdən qürur duyur.

XS
SM
MD
LG