Accessibility links

Rusiya Ukraynanın paytaxtına hücum edib


.
.
Rusiya bazar günü Ukraynanın paytaxtına hücum edib.
Kyiv meri Vitali Kliçko bildirib ki, atəş nəticəsində ən azı bir yaşayış binası vurulub.
Bazar günü hücumu dünyanın ən zəngin demokratik ölkələrindən olan Yeddilik Qrupunun liderlərinin Almaniyada toplaşdığı günə təsadüf edir. Rusiyanın Ukraynaya müdaxiləsi sammitin əsas müzakirə mövzusu olacaq.
Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü sammitdə iştirak edəcəyini bildirib.
Sammitin açılışından əvvəl ABŞ prezidenti Co Bayden bildirib ki, ABŞ və digər G-7 iqtisadiyyatları Rusiya qızılının idxalına qadağa qoyacaq.
Ukraynanın paytaxtına hücum Ukrayna qoşunlarının şərqdəki Severodonetsk şəhərindən çıxarılmasından bir gün sonraya təsadüf edir.
Bu, həftələrlə davam edən şiddətli döyüşlərdən sonra Rusiyanın böyük qələbəsidir.
XS
SM
MD
LG