Accessibility links

Milli fəal Hüccət İsmətzadənin şikayətinə Sulduz cəza məhkəməsində baxılacaq


Hüccət İsmətzadə
Hüccət İsmətzadə

Qərbi Azərbaycan vilayətinin Sulduz (Nəğədə) şəhərinin sakini olan milli fəal Hüccət İsmətzadənin kassasiya şikayətinə cəza məhkəməsində baxılacaq. İlkin məhkəmə milli fəalı həbs və şallaq cəzasına məhkum edib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı məlumatına əsasən, “ümumi intizamı pozmaq” ittihamı ilə 50 zərbə şallaq və bir il həbs, “internetdə özəl videogörüntü yaymaq” ittihamı ilə isə 18 ay həbs cəzasına məhkum edilən İsmətzadənin kassasiya şikayətinə baxmaq üzrə 2 saylı cəza məhkəməsinin 101-ci şöbəsində məhkəmə iclası keçiriləcək. Milli fəala göndərilən məhkəmə vərəqəsində iyunun 29-da həmin məhkəmədə olması istənilib.

Nəğədə cəza məhkəməsi fəala qarşı qiyabi olaraq həbs və şallaq cəzası hökmü çıxarmışdı. Qiyabi qaydada çıxarılmış hökmlərə dair şikayət verilə bilər və təqsirləndirilən şəxslər etiraz etdikdə, məhkəmə iclası həmin şəxsin iştirakı ilə keçirilir və təqsirləndirilən şəxs özünü müdafiə edir.

Hüccət İsmətzadə Sulduzun Saxsıtəpə kəndində ailələr arasında baş verən qarşıdurmalarla bağlı video reportaj çəkdikdən sonra hadisələrin görüntülərini yaymaq ittihamı ilə əlaqədar daha əvvəl iki dəfə nəzarət altına alınıb. O, 2021-ci ilin sentyabr ayında bir gün, noyabr ayında isə 4 gün nəzarətə alınaraq sorğu-suala çəkilmişdi.

Saxsıtəpə kəndində baş verən hadisədə bir nəfər həyatını itirib.

XS
SM
MD
LG