Accessibility links

Norveç Helsinki Komitəsi Azərbaycan hökumətini insan haqlarının təmin edilməsində konkret addımlar atmağa çağırır


“Norveç Helsinki Komitəsi Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərinə uyğun olaraq ölkədə insan hüquqlarının təmin edilməsi və qorunması üçün konkret addımlar atmağa çağırır.”

Bu barədə Komitənin rəsmi Facebook hesabında qeyd edilib.

Təşkilat mayın 27-də Azərbaycan Respublikası prezidenti İlham Əliyevin imzaladağı əfv sərəncamı ilə azadlığa çıxan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Saleh Rüstəmli ilə bağlı paylaşım edib.

Saleh Rüstəmlini yenidən azadlıqda görmək çox gözəldir. Biz onların azadlığa çıxmasına görə şadıq” - deyə, məlumatda bildirilir.

Mayın 27-də Azərbaycan Respublikası prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncama əsasən ümumilikdə 213 nəfər əfv edilib.

Əfv olunanlar sırasında insan hüquqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan, Gədəbəy rayonunun sabiq icra başçısı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Saleh Rüstəmli və Azel TV saytının rəhbəri Əfqan Sadıqov da olub.

Müdafiə Xətti”​ insan haqları təşkilatının həmtəsisçisi Rüfət Səfərov deyir ki, bu sərəncam onun üçün sürpriz oldu: “Açığı mən gözləmirdim ki, hökumət elə bir siyasi və hüquqi iradə ortaya qoyacaq və bütün siyasi məhbuslar cəza evlərindən azad ediləcək.”

Hüquq müdafiəçisi əfv edilənlər arasında siyasi motivlərlə həbs olunduqları hesab edilən şəxslərin sayının dəqiqləşdirildiyini, amma onlarda olan son məlumata görə, bu sayın 20-dən çox olduğunu bildirir.

Buna baxmayaraq, Səfərov əfv sərəncamını yarımçıq addım kimi qiymətləndirir. O bildirir ki, Azərbaycanda siyasi mövqeyinə və düşüncəsinə görə həbs edilənlərin sayı 100-dən çoxdur.

XS
SM
MD
LG