Accessibility links

"Sapla" tikiş evi "30 May - Feminizm Günü" ilə əlaqədar yarmarka təşkil edib


“Sapla” tikiş evinin rəhbəri Rəbiyyə Məmmədova Amerikanın Səsinə müsahibəsində bildirib ki, tikiş evinin yaranma səbəblərindən biri təhsilə çatımlılığı olmayan, məişət zorakılığına məruz qalmış və iqtisadi zəif olan qadınların iqtisadi azadlığını etmək və onların əmək bazarına çıxışına köməklik göstərməkdir.

Yarmarkada dərzilik peşəsinə yiyələnən qadınların əl işləri nümayiş olunub. Burada müxtəlif eko-çantalar, çay dəsmalları və yataq dəstləri tapmaq mümkün olub.

“Bu gün "30 May - Feminizm Günü"dür. Feminist gününə özəl olaraq Fidan Axundovanın illustrasiyaları əsasında yaratdığımız və eyni zamanda qadınların əl işindən ibarət olan sərgi keçirdik və limitli kolleksiyadır. Bunu satışa çıxardıq, gəlirləri ilə "Sapla"nın xərclərini ödəməyə çalışırıq”, deyə Rəbiyyə Məmmədova bildirib.

Tədbirdə iştirak edən feminist fəal Gülnara Mehdiyeva hesab edir ki, feminizm günü məhz “qadınların şəbəkələşdiyi, həmrəy olduğu bir şəkildə" qeyd olunmalıdır.

Feminist fəal Nərmin Şahmarzadənin sözlərinə görə, Azərbaycanda zorakılığa məruz qalan qadınların yaşadığı ən böyük problemlərdən biri onların iqtisadi imkanlarının zəif olmasıdır və belə layihələr, təşəbbüslər onların iqtisadi inkişafına, iqtisadi baxımdan güclənməsinə təkan verir:

"Sapla" tikiş evi "30 May - Feminizm Günü" ilə əlaqədar yarmarka təşkil edib
please wait

No media source currently available

0:00 0:02:19 0:00

“Nəticədə həm də digər təşəbbüs qrupları da bu layihələrin fonunda cəsarətlənərək yeni bir layihələr irəli sürə bilərlər və daha çox zorakılığa məruz qalan adamın həyatına toxuna bilərlər. Azərbaycanda feminizm günü elə çox yayılmayıb və bir növ bu ilk olsun ki, feminist günündə bu tip tədbir var və növbəti illərdə də müxtəlif təşəbbüslərlə bu günə toxuna bilərik və bu günün mahiyyətinə daha da məna qata bilərik".

“Sapla” rəhbərinin məlumatına görə, onlar artıq 10 qadını işlə təmin edib: “Həmin qadınlar bizim kursu bitirəndən sonra, onların hamısının işləri artıq hazırdır. Demək olar ki, biz qarşımıza qoyduğumuz hədəfin ilkinə çatmışıq, lakin bu, son deyil. Bizim işləməli olduğumuz çox qadınlar gözləyir və biz onların hamısına bir-bir çatacağıq. Qoy qadınlar düşünməsinlər ki, onlar yalnızdırlar. Onlar yalnız deyillər. Feministlər hər yerdədir!”

XS
SM
MD
LG