Accessibility links

Aİ Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üçün hər iki ölkə ilə əməkdaşlığı dərinləşdirməyə sadiq olduğunu təsdiqləyir


Şarl Mişel
Şarl Mişel

"Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel son günlər Ermənistanla Azərbaycan arasında yaşanan gərginliyin kontekstində Avropa İttifaqını regionda yaşayan bütün insanların rifahı naminə Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üçün hər iki ölkə ilə əməkdaşlığı dərinləşdirməyə sadiq olduğunu təsdiqləyir."

Bu barədə mayın 31-də Avropa İttifaqı Şurası prezidentinin mətbuat katibinin bəyanatında deyilir.

Bəyanatda deyilir ki, Şarl Mişel mayın 24-də hər iki ölkənin Sərhəd Komissiyasının ilk tarixi iclasını alqışlayıb və delimitasiya davam etdirilməsi üçün Ermənistan və Azərbaycan arasında dövlət sərhədi boyunca sabitliyin və təhlükəsizliyin təmin edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

"Ermənistanla Azərbaycan arasında münasibətlərin davamlı normallaşdırılması üçün həll edilməmiş bütün məsələlərin həlli, o cümlədən, gələcək sülh müqaviləsinin irəliləməsi və münaqişənin köklü səbəblərinin aradan qaldırılması vacibdir. Mişelin fikrincə, Dağlıq Qarabağda birinci müharibəyə, eləcə də 2020-ci ildə hərbi əməliyyatların bərpasına gətirib çıxaran bütün əsas problemlər möhkəm və ədalətli sülhə şərait yaratmaq üçün bütün əlaqədar tərəflər vasitəsilə həll olunmalıdır.

Münaqişənin istənilən irsində olduğu kimi bu kontekstdə terminologiya xüsusilə həssasdır. Prezident Mişelin liderlərin 22 may görüşünün yekunlarına dair bəyanatı heç bir şəkildə müzakirələrin əvvəlcədən müəyyən edilmiş nəticəsinin təqdiri kimi şərh edilməməlidir. Nəticə etibarilə, ən vacibi odur ki, bütün məsələlər hərtərəfli həll olunur; bu, bütün əhali qruplarının hüquq və təhlükəsizliyini özündə ehtiva edir" - bəyanatda qeyd olunur.

"Mayın 22-də Brüsseldə regionun açılması imkanları xüsusilə müzakirə olunub. Bu kontekstdə hər iki tərəf gələcək nəqliyyat infrastrukturu ilə bağlı eksterritorial iddiaların olmamasını təsdiqləyib. Əksinə spekulyasiyalar təəssüf doğurur."

Məlumatda xatırlanır ki, prezident Mişel əhalinin sülhə hazırlanmasının vacibliyini və bu baxımdan ictimai ritorikanın birinci dərəcəli rol oynadığını vurğulayıb.

O, Yerevanla Bakı rəhbərliyini alqışlayıb və danışıqların davam etdirilməsi üçün əlverişli atmosferin yaradılmasından üçün vicdanla işləmək niyyətində olduğunu bildirib, həmçinin Avropa İttifaqının inam tədbirlərinə dəstəyini artırmağa hazır olduğunu bildirib.

Yaxın günlərdə Avropa İttifaqının xüsusi nümayəndəsi Klaar müzakirə olunan bütün aspektləri izləmək üçün regiona yola düşəcək" - bəyanatda deyilir.

Xatırlatma

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış edib.

Şarl Mişel qeyd edib ki, bu, onların bu formatda üçüncü müzakirələri olub.

"Biz Cənubi Qafqazdakı vəziyyətə və Aİ-nin hər iki ölkə, eləcə də daha geniş regionla əlaqələrinin inkişafına diqqət yetirdik. Müzakirə səmimi və məhsuldar keçdi. Biz bütün məsələlər toplusunu nəzərdən keçirdik. Humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, məhbusların azad edilməsi səyləri və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirə apardıq" - deyə, o bildirib.

Şarl Mişelin sözlərinə görə, tərəflər aşağıdakı nəticələrə nail olub:

- Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu görüş sərhədlərin delimitasiyası və sabit vəziyyətin təmin edilməsi ilə bağlı məsələləri müzakirə edəcək.

- Liderlər nəqliyyat xətlərinin açılmasına başlanılması ehtiyacı haqda razılığa gəliblər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan, eləcə də Ermənistanın müxtəlif hissələri ilə Azərbaycan arasında və hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəliblər. Xüsusilə, onlar sərhəd administrasiyası, təhlükəsizlik, torpaq ödənişləri ilə bərabər beynəlxalq nəqliyyat kontekstində gömrük prinsipləri məsələlərində razılıq əldə ediblər. Yaxın günlərdə baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.

- Liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh sazişinə dair müzakirəni irəliyə aparmaq barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Bununla bərabər, mən hər iki liderə Qarabağdakı etnik erməni əhalisinin haqları və təhlükəsizliyi məsələlərinin həll edilməsinin əhəmiyyətini vurğuladım.

- Avropa İttifaqı hər iki tərəflə birlikdə İqtisadi Məşvərət Qrupunun işini irəliyə aparacaq. Bu qrup hər iki ölkənin və onların xalqlarının rifahı üçün iqtisadi inkişafı artırmağa çalışır.

"Mən, həmçinin əhalilərin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım. Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır," Şarl Mişel qeyd edib.

"Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik" - deyə, Mişel əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG