Accessibility links

Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilir


Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilir
please wait

No media source currently available

0:00 0:03:03 0:00

Mayın 26-29-na kimi davam edəcək Azərbaycan Aerokosmik və Texnologiya festivalı Baku Crystal hall və Milli Park ərazisində keçirilir.

Stendlər arasında Milli Elmlər Akademiyası, Təhsil, Müdafiə, Kənd Təsərrüfatı, Gənclər və idman nazirlikləri, Azərkosmos kimi rəsmi qurumları görmək mümkündür.

Milli park boyunca, ziyarətçilərin istifadə edə bilməsi üçün pulsuz atraksionlar quraşdırılıb. Növbə sıxlığının müşahidə olunduğu bu əyləncə guşələrindən başqa, uşaqlar və böyüklər üçün müxtəlif təcrübə sahələri yaradılıb.

Festival ziyarətçiləri yerli şirkətlərin stendləri ilə yanaşı, Türkiyənin dövlət qurumları və hərbi sənaye şirkətlərini də görə bilərlər. Onlar festivalda aviasiya və kosmik sənayeyə aid yeni texnologiyalar, məsafədən idarə edilən cihazlar, bomba zərərsizləşdirmə aparatlarını izləyicilərə təqdim ediblər.

Dövlət qurumları, əsasən, məsafədən idarəetmə cihazları, pilotsuz uçuş aparatları, məktəb və universitetlərin robototexnika məhsulları ilə festivalda çıxış edirlər.

"Kaspi" təhsil şirkətinin nümayəndəsi Sahil Əliyev valideynlər və şagirdlər üçün təşkil edilən masterklasslardan danışıb:

"Gördüyünüz bu stendə Kaspi təhsil şirkəti və onunla portnyorluq edən Steam art akademiyasının stendidir. Ziyarətçi şagirdlərə biz masterklasslar veririk. Hansı ki, təcrübə eləyirlər, tədris proqramı ilə yaxından tanış olurlar. Şagirdlər üçün robotika, sicience for kids, riyaziyyatla bağlı masterklasslar var. Hansı ki eyni zamanda burda vaxtlarını daha keyfiyyətli keçirə bilərlər elmə robotikaya maraqları artmış olacaq".

Kristal zalda isə 10 kateqoriya üzrə yarışlar keçirilir.

Yarışlarda pilotsuz uçuş aparatları, robotexnika, və digər sahələr üzrə gənclərə bacarıqlarını göstərmək imkanı yaradılıb.

Azərbaycanın 52 rayonundan, Türkiyənin isə 40 bölgəsindən gənclər festivalda iştirak üçün qeydiyyatdan keçiblər.

Füzuli rayonunu təmsil edən Mehran Camalxanlı komandası ilə 5 ay bu yarışma üçün hazırlaşdıqlarını deyir:

"Komandamız 5 üzv və 1 mentordan ibarətdir. Bu lahiyəni hazırlamaq üçün bizə təqribən 5 aya yaxın vaxt lazım oldu. 3 ayını biz ideyanın formalaşmasında, 2 ayını isə prototipin hazırlanmasına sərf etdik. festivalda iştirak etdiyimiz layihə "Freshair" layihəsidir. Hansı ki, bu layihə maşınlardan çıxan zəhərli qazların məhv edir".

Açıq havada keçirilən festival günlərində qırıcı və təlim təyyarələrinin iştirakı ilə bakı səmasındakı aviaşoular ziyarətçilərin marağına səbəb olub.

Festivalın 3-cü günündə Azərbaycan və Türkiyə prezidentləri də Teknofestdə iştirak ediblər.

“Teknofest” 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il Azərbaycanda təşkil olunub.

XS
SM
MD
LG