Accessibility links

Saleh Rüstəmli: “Bu həbslərlə insanların azad yaşamaq istəyini əlindən almaq mümkün deyil”


Saleh Rüstəmli: Bu həbslərlə insanların azad yaşamaq istəyini əlindən almaq mümkün deyil
please wait

No media source currently available

0:00 0:03:48 0:00

Mayın 27-si Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 213 nəfərin adının daxil olduğu əfv sərəncamı imzalayıb. Əfv olunanların arasında hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Saleh Rüstəmli və Paşa Umudov və 22 il həbsdə olan iş adamı Şəmsi Səmədzadənin adları var.

“Bu həbslərlə insanların azad yaşamaq istəyini əlindən almaq mümkün deyil”

Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Rüstəmli azadlığa buraxılmasını hakimiyyətin öz səhvini və onu məqsədli həbs edildiyinin etirafı kimi qiymətləndirir:

“Siyasi məqsədlərə görə insan tutmaq, həbs eləmək yolverilməzdir. Ümid edirik ki, belə hallar az olar, ümumiyyətlə olmasa daha yaxşı olar. İndi belədir də, bəxtimizə belə hakimiyyət düşüb.”

Rüstəmli ölkənin demokratik olduğunu deyib, bəyənilməyən sözə görə insanların həbs edilməsinin riyakarlıq olduğunu bildirir:

“Bu yol deyil. Bu həbslərlə insanların azad yaşamaq istəyini əlindən almaq mümkün deyil.”

Saleh Rüstəmli onun azadlığa çıxmasında fəalların dəstəyinin mühüm rol oynadığı deyir və əlavə edir ki, bu cür fəallıq daha çox olsa, hakimiyyət siyasi motivli həbslərə əl atmaz.

Paşa Umudov: Mənim itirdiyim bir şey oldu ki, övladımın toyunu görmədim, bir də nəvəmə indi qovuşmuşam
please wait

No media source currently available

0:00 0:02:44 0:00

"Mənim itirdiyim bir şey oldu ki, övladımın toyunu görmədim, bir də nəvəmə indi qovuşmuşam”

Əfv nəticəsində azadlığıa çıxan digər AXCP üzvü Paşa Umudov 2019-cu il oktyabrın 19-da Milli Şuranın keçirdiyi mitinqdən öncə həbs olunub. O, narkotik maddələrin qanunsuz satışı ittihamı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Şəmsi Səmədzadə
Şəmsi Səmədzadə

Əfv sərəncamında hüquq müdafiəçilərinin diqqətini cəlb edən digər ad 22 il öncə ömürlük həbs cəzası almış iş adamı Şəmsi Səmədzadədir. Qobustan qapalı həbsxanasından azadlığa buraxılan Səmədzadə həbsini sabiq baş prokuror Zakir Qaralovla mübahisəsi ilə əlaqələndirir.

Qeyd edək ki, əfv olunanlar arasında 2015-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edilən Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin keçmiş rəisi general-mayor Teymur Quliyev və 11 il müddətinə azadlıqdan məhrum edilmiş MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş işçisi Səlim Məmmədov da var. Onlar fırıldaqçılıqda, mənimsəmə və israf etməkdə, qanunsuz azadlıqdan məhrum etməkdə, talançılıqda, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub.

“Müdafiə Xətti” insan haqları təşkilatının bildirir ki, 27 may tarixində Azərbaycan prezidenti tərəfindən imzalanan əfv sərəncamında siyasi motivlə həbs olunan 27 nəfərin adı var.

XS
SM
MD
LG