Accessibility links

Saleh Rüstəmli əfv sərəncamı ilə azadlığa buraxıldı


Saleh Rüstəmli
Saleh Rüstəmli

Mayın 27-də Azərbaycan Respublikası prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncama əsasən ümumilikdə 213 nəfər əfv edilib.

Əfv olunanlar sırasında insan hüquqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan, Gədəbəy rayonunun sabiq icra başçısı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Saleh Rüstəmli və "Azel TV" saytının rəhbəri Əfqan Sadıqov da var.

"Müdafiə Xətti" insan haqları təşkilatının həmtəsisçisi Rüfət Səfərov deyir ki, bu sərəncam onun üçün sürpriz oldu: “Açığı mən gözləmirdim ki, hökumət elə bir siyasi və hüquqi iradə ortaya qoyacaq və bütün siyasi məhbuslar cəza evlərindən azad ediləcək.”

Hüquq müdafiəçisi əfv edilənlər arasında siyasi motivlərlə həbs olunduqları hesab edilən şəxslərin sayının dəqiqləşdirildiyini, amma onlarda olan son məlumata görə, bu say 20-dən çox olduğunu bildirir.

Buna baxmayaraq, Səfərov əfv sərəncamını yarımçıq addım kimi qiymətləndirir. O bildirir ki, Azərbaycanda siyasi mövqeyinə və düşüncəsinə görə həbs edilənlərin sayı 100-dən çoxdur.

Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG