Accessibility links

Siyasi fəal Aqil Məhərrəmov 4 il həbsdən sonra azadlığa çıxdı


Aqil Məhərrəmov
Aqil Məhərrəmov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü, hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan Aqil Məhərrəmov 4 illik həbs müddəti başa çatdıqdan sonra azadlığa çıxdı.

Reabilitasiya dövründən sonra siyasi fəaliyyətini davam etdirəcəyini bildirən Məhərrəmov vurğulayır ki, onun həbsi məhz bu fəaliyyətlə bağlı olub.

"Saxlanılandan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələr gördüm. Bunun nəticəsi olaraq ayağıma su yığılır. Həbsdə gözlərim də zəifləyib" - deyə, Məhərrəmov bildirib.

Məhkəmə prosesi zamanı Daxili İşlər Nazirliyi Məhərrəmovun işgəncə ilə bağlı ittihamlarını təkzib edib.

Məhərrəmov 2018-ci il mayında partiya yoldaşları Babək Həsənov, Ruslan Nəsirli və Vidadi Rüstəmovla bərabər həbs olunub. Onlar Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmlinin AXCP-ni maliyyələşdirmək üçün göndərdiyi pulların yuyulmasında ittiham ediliblər. Bu ittihamların nəticəsində Rüstəmli 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov 3 il azadlıqdan məhrum edilib, Nəsirov və Rüstəmov isə şərti azadlığa buraxılıblar.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi açıqlamasnda AXCP-yə göndərilən maliyyənin ümumi məbləğinin 412 min dollar olduğu qeyd edilir. Partiya sədri Əli Kərimli bu ittihamın qondarma olduğunu bildirir və həbsləri partiyaya qarşı repressiyaların davamı kimi qiymətləndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG