Accessibility links

DTX qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşının məsuliyyətə cəlb edildiyini bildirir


DTX əməliyyat keçirir
DTX əməliyyat keçirir

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Akif Osmanovu həbs edib.

Bu barədə mayın 20-də DTX-nın rəsmi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, əvvəllər o, silahlı terror təşkilatının Türkiyədə fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi saxlanılaraq həbs edilib.

Lakin təqsiri sübuta yetirilmədiyi üçün azad edilib.

“Aparılmış araşdırmalar nəticəsində Akif Osmanovun Suriya Ərəb Respublikasında təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəməklə dini radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak etməsi, qrup üzvləri ilə birlikdə Şeyx Süleyman qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alması, habelə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilib”, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti bildirir.

Qurumunun xəbərində deyilir ki, Akif Osmanov şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycanda son illər Suriyada döyüşdüyü bildirilən bir neçə qrupun üzvünü həbs edilib, bəziləri vətəndaşlıqdan məhrum edilib.

Suriyada 2011-ci ildən vətəndaş müharibəsi gedir.

ABŞ Dövlət Departamentinin 2020-ci ildə terrorizmlə bağlı hesabatında deyilir ki, Azərbaycan hökuməti insanları, pulları və materialları quru və dəniz sərhədləri boyunca və Cənubi Qafqaz daxilində daşımaq üçün terrorçuların səylərinin qarşısını almaq, aşkar etmək və məğlub etmək üçün fəal işləyib.

“Terrorla mübarizəyə görə məsuliyyət bir neçə dövlət qurumunun üzərinə düşür. Azərbaycanın əsas hüquq-mühafizə orqanı olan Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanın daxili kəşfiyyat və terrorizmə qarşı mübarizə xidmətlərini həyata keçirən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə sıx əməkdaşlıq edir. Bu qurumlar terrorçu qrupların cinayət əməllərinin aşkarlanması və qarşısının alınması, beynəlxalq terrorizm və transmilli cinayətlərlə mübarizə üçün məsuliyyət daşıyır” - deyə, Dövlət Departamentinin hesabatında qeyd edilir.

XS
SM
MD
LG