Accessibility links

Məktəb yaşına çatan Anara şəxsiyyət vəsiqəsi verilmir


Tehranda anadan olan Anar adlı bir azərbaycanlı ailənin uşağının artıq 7 ay yaşına çatmasına baxmayaraq, ona şəxsiyyət vəsiqəsi verilmir.

İranda məktəblərin açılışına bir neçə ay qalsa da, İran Qeydiyyat İdarəsi Anarın adının türkcə olduğu üçün şəxsiyyət vəsiqəsini verməkdən imtina edir.

2015-ci ilin yanvar ayında dünyaya gələn Anarın ailəsi Tehran və Kəleybər şəhərlərinin qeydiyyat idarələrinə dəfələrlə müraciət etsələr də, Anar üçün şəxsiyyət vəsiqəsi almağa nail ola bilməyiblər.

Anarın atası İlyas Nemətpur, təxminən 7 il öncə oğlunun 3 ay doğumundan sonra qeydiyyat idarəsindən Anara şəxsiyyət vəsiqəsi ala bilmədiyi zaman Azərbaycan Milli Hərəkətinə bağlı xəbər saytlarına məlumat vermişdi.

Bu məsələni son günlərdə gündəmə gətirən Azərbaycanlı jurnalist və yazar İbrahim Savalan öz Facebook səhifəsində qeyd edib ki, Anar Nemətpurla və onun ailəsi ilə Kəleybərdə görüşərək bu illər ərzində çəkdiyi çətinliklər haqqında məlumat kəsb edib. Azərbaycanlı fəal həmçinin qeyd edib ki, Anarın iyul ayının 20-ə qədər qeydiyyat idarəsindən şəxsiyyət vəsiqəsi alaraq məktəbə qəbul üçün müraciət etməyə zamanı var.

İranda qeydiyyat idarəsi ailələrin uşaqların seçdiyi türk adlarına şəxsiyyət vəsiqəsi vermək qarşısında müqavimət göstərir. İranda türk ailələr arasında övladlarına türkcə adlar seçmə fenomeni populyarlaşaraq uşağının adının türkcə olmasını istəyən ata və anaların sayı artır. türkcə adilə şəxsiyyət vəsiqəsi almaq istəyən ailələrin qeydiyyat idarəsinə müraciəti zamanı idarə məmurları onlara başqa adlar təklif edirlər. qeydiyyat idarəsinin siyahısında yer alan və təklif etdiyi həmin adlar bəzi hallarda İran və islam kültürünə aid olmayan xarici adlar da daxildir. Lakin siyahıda ailələrin istədiyi bir çox türk adlarına yer verilməyib.

Ölkədə türk adları ilə övladına şəxsiyyət vəsiqəsi almaqda çətinlik çəkən ailələrin hamısının xəbəri mediada əks olunmur.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG