Accessibility links

Sərhədsiz Reportyorlar jurnalist Aytən Məmmədovaya qarşı silahlı hücumu pisləyib


Sərhədsiz Reportyorlar-media azadlığı
Sərhədsiz Reportyorlar-media azadlığı

“Sərhədsiz Reportyorlar” hüquq müdafiə təşkilatı mayın 8-də Bakıda naməlum şəxsin 10 yaşlı qızın qətli ilə bağlı araşdırma apardığı üçün jurnalist Aytən Məmmədovaya silahlı hücumunu pisləyib.

"Biz bu zorakılıqdan şokdayıq və səlahiyyətliləri baş verənləri araşdırmağa çağırırıq," təşkilatın Twitter hesabında deyilir.

Mayın 8-də gecə saatlarında Bakıda Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanındakı binanın liftində naməlum şəxs jurnalist Aytən Məmmədovaya hücum edib. Naməlum şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib. Hücum edən şəxs Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanıb.

XS
SM
MD
LG