Accessibility links

Jurnalistə qarşı hücumla bağlı cinayət işi başlanıb


Jurnalist Aytən Məmmədovaya qarşı hücumla bağlı cinayət işi başlanıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mediaya açıqlamasında bildirib.

Jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir.

O bildirib ki, A.Məmmədova Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dindirilib. Onun diqqətinə çatdırılıb ki, fakt üzrə bütün zəruri tədbirlər icra olunur.

Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Jurnalist Aytən Məmmədova Bakıda mayın 8-də axşam naməlum şəxsin hücumuna məruz qalıb.

Jurnalistin Amerikanın Səsinə verdiyi məlumata görə, hadisə ötən gecə Binəqədi rayonu, 9-cu mikrorayonda baş verib.

O deyir ki, yaşadığı binanın liftinə daxil olanda ortayaşlı bir kişinin hücumuna məruz qalıb.

Həmin şəxs jurnalisti adını çəkmədiyi məhkəmə işinə görə hədələyərək yazmamasını tələb edib. Məmmədovanın sözlərinə görə, boğazında iki xəsarət izi qalıb. 102 xidmətinə müraciət edən jurnalist ötən gecə polisə ifadə verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG