Accessibility links

Məcid Araz: Milli Hərəkatın həm İran Azərbaycanı, həm də İranın tamamı ilə əlaqədar planı olmalıdır


Məcid Araz
Məcid Araz

Siyasi fəal Məcid Araz Amerikanın Səsinə müsahibədə deyir ki, İranın problemləri üçün bir çözüm varsa, türk icması olmadan buna çatmaq mümkün olmayacaq. Onun sözlərinə görə, “milli hərəkatın hazırki mərhələdə iki planı olmalıdır. Bir, Güney Azərbaycan yönümlü və onun məsələlərini diqqətə alan bir plan. Bir də, İranın tamamında çözümün bir parçası olmaq.”

Məcid Araz: Türk məsələsi İran hakimiyyəti üçün kritik bir məsələdir
please wait

No media source currently available

0:00 0:12:41 0:00
Direct link

“Türk məsələsi İranda bugünki hakimiyyət və ölkəyə hakim olan zehniyyət baxımından ciddi və təməl bir məsələdir. Bəlkə İran və iranlılığın tərifi bugünki kimi olmasaydı, yəni, son 100 ildə bu şəkildə tərif edilməsəydi, türk məsələsi iranda belə bir problem olmaya bilərdi. Amma nəticə etibarı iə fars etnik kimliyinin üzərinə qurulmuş bir iranlılıq tərifi var. Dolayısı ilə, bu var olan İran kimliyi və İran milli dövləti üçün problem olan bir türk məsələsi var,” Məcid Araz söyləyir.

İran kimliyi və İran milli dövləti üçün problem olan bir türk məsələsi var. Bunun yanında bir də Türkiyə faktoru, Quzey Azərbaycan və Türk Dünyası farktorunu və informatika çağında olmağımızı da nəzərə aldığımız zaman, bu məsələ mahiyyət etibarı ilə İranda son dərəcə kritik bir məsələdir.

Siyasi fəal İranın tamamında “böyük bir potensial olan türk məsələsinin” bir hissəsinin xüsusilə İran Azərbaycanında reallığa çevrildiyini önə çəkir:

“Türk məsələsi əsasən potensial olaraq çox böyükdür. Çünki İranın rəsmi ağızları da əhalinin 40 faizinin türk olduğunu deyir. Eyni zamanda yenə bəzi rəsmi ağızlar İranda ana dili farsca olan əhalinin təqribən 35-40 faiz olduğunu deyirlər. Bunun yanında bir də Türkiyə faktoru, Quzey Azərbaycan faktoru, Türk Dünyası farktorunu və informatika çağında olmağımızı da nəzərə aldığımız zaman, bu türk məsələsi mahiyyət etibarı ilə İranda son dərəcə kritik bir mövzudur.”

Araz İrandakı “türk məsələsinin” İran dövləti daxil olmaqla, bölgə və dünya dövlətləri tərəfindən diqqətə alındığını ifadə edir.

“Bu potensial özəlliklə Güney Azərbaycanda bir miqdar reallığı çevrilib. Amma düşünürəm ki, bu, gedərək artacaq. Elə Tehranda, Şirazda və digər bölgələrdə də artacaq. Hazırkı mərhələdə bu daha çox ictimai hərəkat formasında önə çıxır. Amma bunun ciddi bir siyasi tərəfi də var. Bu siyasi tərəfin önəmi gedərək artacaqdır. Mən düşünürəm ki, daha indidən İran dövləti bunun siyasi tərəfi ilə hesablaşmağa başlayıb. Bölgə dövlətləri və dünya dövlətləri bunun siyasi tərəfini görməyə başlayıblar,” o qeyd edir.

İran dövləti indidən türk məsələsinin siyasi tərəfi ilə hesablaşmağa başlayıb. Bölgə dövlətləri və dünya dövlətləri bunun siyasi tərəfini görməyə başlayıblar.

Məcid Araz deyir: “Bu gün türk məsələsinin tamamən siyasi tənliklərə təsir edən bir siyasi hərəkat olmasından söz etməyimiz mümkün olmaya bilər Amma zaman içərisində istər ictimai mənada istər siyasi mənada, düşünürəm ki, İranın tənliklərini dəyişdirə biləcək bir hərəkat halına gələcəkdir. Bu gücü və bu məsələni təmsil edən müxtəlif qurumlar və şəxslərdən ibarət olan Azərbaycan Milli Hərəkatıdır. Amma, bu təmsil hələ tamamən reallığa dönüşməyib və böyük faizi potensialdadır.”

Məcid Arazın fikrincə, milli hərəkat gənc bir hərəkat olması səbəbilə hələ yetərincə siyasiləşməyib.

Bizim iki fərqli amma bir-biri ilə bağlantılı plan və yol xəritəmiz olmalıdır. Bir, sadəcə Güney Azərbaycanı əlaqələndirən və onun məsələlərini diqqətə alan Güney Azərbaycan yönümlü bir planımız olmalıdır. Bir də, İranın tamamında çözümün bir parçası olmaq.

“Bizim indiki hərəkatımız təşkilatçılıq və kadrlar mənasında gənc bir hərəkatdır. Spesifik olaraq 90-cı illərdə başlayıb. Gənc olması etibarı ilə də duyğusal bir şəkildə ortaya çıxıb və sonra siyasiləşib. Amma siyasiləşməsində də qəliz bir duyğusallıq var. Mən bunu çox təbii qarşılayıram... Düşünürəm ki, son illərdə bu duyğusallığın dozu azalıb,” o qeyd edir.

Araz hesab edir ki, milli hərəkatın yalnız İran Azərbaycanı üçün deyil İranın tamamı üçün proqramı olmalıdır.

“Bu mərhələdən sonra mən düşünürəm ki, bizim iki fərqli amma bir-biri ilə bağlantılı plan və yol xəritəmiz olmalıdır. Bir, sadəcə Güney Azərbaycanı əlaqələndirən və onun məsələlərini diqqətə alan Güney Azərbaycan yönümlü bir planımız olmalıdır. Bir də, İranın tamamında çözümün bir parçası olmaq. Çünki mən açıqcası Azərbaycan Milli Hərəkatı olaraq və ya hətta İranın ümumi türk hərəkatı olaraq tək başımıza rejimə və İran hakimiyyətinə alternativ ola biləcəyimizi düşünmürəm. Amma biz İranın tamamında bizim üçün uyğun olan bir çözümün bir parçası ola bilməliyik. Bunu ciddi mənada düşünməliyik. Düşünürəm ki, İranın tamamı üçün bir çözüm varsa, bunun türklər olmadan, Azərbaycan olmadan əldə edilməsi mümkün deyil. Biz bunu tək başımıza edə bilmərik, amma digərləri də bizsiz edə bilməzlər,” o bildirir.

XS
SM
MD
LG