Accessibility links

Natiq Məmmədli: Sərhədsiz Reportyorların hesabatı Azərbaycan həqiqətlərini əks etdirmir


"Sərhədsiz Reportyorlar Təşkilatının media azadlığı ilə bağlı hesabatı Azərbaycan reallığını əks etdirmir. Biz bu hesabatla razılaşmırıq."

Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli Amerikanın Səsinə müsahibəsində bildirib.

Natiq Məmmədli: Sərhədsiz Reportyorların hesabatı Azərbaycan həqiqətlərini əks etdirmir
please wait

No media source currently available

0:00 0:03:47 0:00

Onun sözlərinə görə, hesabatla razılaşmamaq üçün Media Agentliyinin kifayət qədər güclü arqumentləri var.

"Məsələn, ötən il iyunun 4-də Azərbaycanın iki jurnalisti öz peşə fəaliyyətini yerinə yetirərkən həyatını itirib. Söhbət Kəlbəcər rayonunda baş vermiş hadisədən gedir. Jurnalistlər Sirac və Məhərrəm qardaşımız şəhid olub. Sərhədsiz Reportyorlar hətta bu hadisəyə belə tendensiyalı yanaşıb. Onlar öz bəyanatlarında göstərib ki, Azərbaycan Respublikası ərazisində iki jurnalist qətlə yetirilib. Biz Medianın İnkişafı Agentliyi olaraq Azərbaycan jurnalistləri adından buna etiraz bəyanatı bildirdik ki, hadisənin səbəbini göstərmək lazımdır. Lakin Sərhədsiz Reportyorlar bizim bu səsimizi eşitmədi. Bu hesabat hazırlanarkən yenə də Azərbaycanın nə mövqeyi nəzərə alınıb, nə bizim dialoq təklifkərimizə cavab verilib. Sadəcə soyuq müharibə dövründən qalmış bir metodika ilə yenidən Azərbaycana münasibət əks olunub ki, bu da reallığı əks etdirmir, bizim mövqeyi ifadə etmir," o qeyd edib.

O, əks arqumentlərdən danışarkən deyib ki, Medianın İnkişafı Agentliyi "Sərhədsiz Reportyorlar"ın dünya mətbuat azadlığı indeksinin hazırlanması ilə bağlı irəli sürdüyü metodika ilə razılaşmır.

"Əminik ki, bu metodika soyuq müharibə dövründən qalmış bir metodikadır. Onların özləri bildirir ki, 123 nəfər anonim və "sehrli" ekspertlərin rəyi nəticəsində dünyada mətbuat azadlığının indeksini müəyyənləşdiriblər. Bu nə dərəcədə mötəbər metodikadır? Azərbaycanda qarşı tərəfin mövqeyini öyrənmədən, daxili mühitlə bağlı araşdırmalar aparmadan, ən azı rəsmi mövqeyi və Azərbaycan jurnalistlərinin mövqeyini əks etdirən bir sorğu aparmadan Azərbaycanın media mühitinə necə qiymət vermək olar? Biz "Sərhədsiz Reportyorlar"ın bu metodikasını tendensiyalı, köhnəlmiş hesab edirik. Məhz buna görə, bu hesabat Azərbaycan həqiqətlərini özündə əks etdirmir," şöbə mediri qeyd edib.

XS
SM
MD
LG