Accessibility links

UNICEF-in Ukraynada dəstəklədiyi məktəblərin 17 faizi zədələnib və ya dağıdılıb


UNICEF Ukraynanın şərqində dəstəklədiyi məktəblərin 17 faizinin Rusiyanın qonşu ölkəyə qarşı apardığı müharibədə zədələndiyini və ya dağıdıldığını bildirib. Bu, hər altı məktəbdən biri deməkdir.

BMT agentliyi çərşənbə günü yaydığı açıqlamada son həftədə iki məktəbə hücum edildiyini və müharibə başlayandan bəri "ölkə boyu yüzlərlə məktəbin" artilleriya və ya hava hücumuna məruz qaldığını bildirib.

UNICEF-in Ukraynadakı nümayəndəsi Murat Şahin deyib: “Ukraynada tədris ilinin başlanması COVID-19-dan sonra uşaqlar üçün ümid və bir vəd idi. Əvəzində yüzlərlə uşaq öldürülüb və dərs ili müharibə səbəbindən sinif otaqlarının bağlanması və təhsil müəssisələrinin dağıdılması fonunda başa çatır”.

UNICEF məktəbə gedə bilməyən ukraynalı uşaqlara onlayn təhsil vasitəsilə çatmağa çalışdığını bildirib. Agentlik "müəllimlərin, psixoloqların və idman təlimatçılarının müntəzəm olaraq uşaqlarla oynadığı və məşğul olduğu məkanlar qurduğunu" bildirib.

UNICEF deyir ki, o, ukraynalı uşaqları qəbul edən ölkələrə də təhsil dəstəyi verməyə çalışır.

Keçən ay BMT-nin insan haqları üzrə komissarı Mişel Başale demişdi ki, Rusiyanın Ukraynada yaşayış məntəqələrini fərq qoymadan atəşə tutması və bombalaması, dinc sakinlərin öldürülməsi, xəstəxanaların, məktəblərin və digər mülki infrastrukturun dağıdılması müharibə cinayətləri sayıla bilər.

Rusiya mülki insanları hədəf aldığını inkar edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG