Accessibility links

Azərbaycan Mətbuat Azadlığı İndeksində azad olmayan ölkələr sırasında yer alır


Beynəlxalq Media Azadlığı Günündə Azərbaycanın müstəqil mediası
please wait

No media source currently available

0:00 0:04:01 0:00

Beynəlxalq Media Azadlığı Günündə Azərbaycanın müstəqil mediası

Mayın 3-də - Beynəlxalq Mətbuat Azadlığı Günündə "Sərhədsiz Reportyorlar" (RSF) ənənəvi Ümumdünya Mətbuat Azadlığı İndeksini yayıb.

Bu araşdırma dünyada mətbuat sahəsində gedən ümumi prosesləri, həmçinin hər bir ölkədəki vəziyyəti əks etdirir.

RSF-nin İndeksinin sayca 20-ci buraxılışında 180 ölkə və regionda jurnalistika fəaliyyətinin həyata keçirildiyi şərait qiymətləndirilir, informasiya sahəsində ciddi problemlər olduğu, nizamlamanın zəiflədiyi və dezinformasiya kanallarının geniş yayıldığı, buna sosial şəbəkələrin də şərait yaratdığı qeyd edilir.

Təşkilat qeyd edir ki, beynəlxalq səviyyədə demokratik düşərgə ölkələri və avtoritar ölkələr arasında açıq qarşıdurma müşahidə olunur.

Bir çox ölkələrdə KİV-ə hakimiyyət və ya oliqarxlar nəzarət edir. İl ərzində bu vəziyyətdə olan ölkələrin sayı artıb. Belə ki, 12 ölkə siyahının qırmızı hissəsindədir - bu, mətbuatı azad olmayan ölkələrdir. Onlar arasında Belarus (153-cü yer), Azərbaycan (154), Rusiya (155) da var.

Qeyd edək ki, bir il əvvəl Azərbaycan 167-cı yerdə idi.

Müstəqil jurnalist Kamran Mahmudov "Sərhədsiz Reportyorlar"ın bu indeksini şərh edərək Amerikanın Səsin deyir ki, Azərbaycanın qeyri-azad olmayan ölkələr sırada yer almasının səbəbi mətbuatın azad olmaması, qanunların mürtəciləşdirilməsi və jurnalistlərə rahat işləmək üçün şəraitin yaradılmamasıdır.

“Jurnalistlərə işləmək üçün rahat şəraitin yaradılmaması əsas problemlərdən biri budur. Bir baxış var Azərbaycanda. Hakimiyyət istəyir ki, jurnalistlər və media hakimiyyətdən aslı vəziyyətdə olsun. Bunun üçün də hər cür imkanlar var. O imkanları qapatmaqla məşğuldurlar ki, jurnalistlər bunlara tabe olsun. Maddi azadlığın olmaması, reklam bazarının olmaması və eyni zamanda da qanunla qoyulan məhdudiyyətlər” deyə o bildirib.

Kamran Mahmudov hesab edir ki, Azərbaycan jurnalistikasının probləmlərinin həllinin çıxış yolu hakimiyyət mediayaya nəzarətdən əl çəkməlidir.

“Bu da aslıdır siyasi iradədən. Hakimiyyət mediayaya azadlıq verməlidir. Hakmiyyət mediayaya iqtisadi azadlıq verməlidir. O cümlədən reklam bazarını əlçatan etməlidir” deyə Mahmudov qeyd edib.

Kamran Mahmudov: Hakimiyyət mediayaya azadlıq verməlidir
please wait

No media source currently available

0:00 0:04:08 0:00

"Sərhədsiz Reportyorlar"ın (RSF) ənənəvi Ümumdünya Mətbuat Azadlığı İndeksində ən pis vəziyyət olaraq aşağıdakı ölkələri qeyd edib.

Şimali Koreya (180-ci yer), Eritreya (179-cu yer), İran (178), Türkmənistan (177) və Çin (176).

RSF ekspertləri azadlıq səviyyəsini müəyyən edərkən hər bir ölkədə siyasi, iqtisadi amilləri, qanunvericilik amillərini və digər amilləri, habelə hökumətlərin siyasətini nəzərə alıblar.

Bu mənada başda Norveç olmaqla, Skandinaviya ölkələri yenə ən azad ölkələrdir. Estoniya (4-cü yer) və Litva (9) ən azad ölkələr onluğuna daxil olub.

Azərbaycan parlamenti “Media haqqında” yeni qanunu qəbul edib

Ötən ilin dekabrın 30-da Azərbaycan parlamenti “Media haqqında” yeni qanunu qəbul edib. Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Milli Məclis
Milli Məclis

Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Bu yaxınlarda Media ictimaiyyətinin bir qrup nümayəndəsi prezident İlham Əliyevi “Media haqqında” qanunu imzalamamağa çağırıb.

Azərbaycan Media İnkişaf Agentliyi “Media haqqında” yeni qanunla bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verilməyib.

Ancaq Azərbaycan rəsmiləri hesab edir ki, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etməyəcək.

Rəsmi qurumlar ölkədə media azadlığının tam təmin edildiyini, plüralizm üçün hər cür şəraitin yaradıldığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG