Accessibility links

Fransada azərbaycanlı tənqidçi blogeri öldürməyə cəhd edən 4 nəfərə qarşı ittiham irəli sürülüb


Məhəmməd Mirzəli
Məhəmməd Mirzəli

Aprelin 26-da Fransa məhkəməsi 2021-ci ilin martında Nant şəhərində siyasi mühacir, bloger Məhəmməd Mirzəliyə hücuma görə dörd azərbaycanlıya qarşı ittiham irəli sürüb.

Bu barədə Lemonde.fr saytı məlumat yayıb.

“2021-ci ilin martında Nant şəhərində azərbaycanlı bloger, siyasi mühacir Məhəmməd Mirzəliyə qarşı “mütəşəkkil dəstədə adam öldürməyə cəhd və cinayət hazırlamaq üçün cinayətkar sui-qəsd”ə görə dörd nəfərə qarşı ittiham irəli sürülüb,” qəzetdə qeyd edilib.

Həbs edilənlərdən üçü əslən Azərbaycandan, biri isə qonşu Gürcüstandandır.

"Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuatı müdafiə təşkilatının məlumatına görə, 2021-ci il martın 14-də bloger bir qrup şəxsin hücumuna məruz qalıb, Nant şəhərinin mərkəzində blogerə ondan çox bıçaq xəsarəti yetirilib. Ondan üç gün əvvəl Mirzəlinin telefonuna Azərbaycan dilində təhdidlər daxil olub.

"Bu, sonuncu xəbərdarlıqdır", deyə Mirzəlinin martın 21-də, hücumdan düz bir həftə sonra aldığı mesajda bildirilir.

"Səni problemsiz öldürə bilərik. Gördün ki, heç nədən qorxmuruq. Bacılarımızı təhqir etməyə davam etsən snayper başından vuracaq." Bu mesaja imza kimi "Andres Qraqmel" yazılıb.

Bundan öncə, 2020-ci il oktyabrın 6-da Nant şəhərində blogerə qarşı sui-qəsd törədilib. Naməlum şəxs onun mindiyi avtomobilə bir neçə dəfə atəş açıb.

Bundan əvvəl, elə həmin il o, Facebookda messencerdə belə bir təhdid mesajı alıb: "Səsini kəsməsən başına gələnləri görəcəksən".

"On bıçaq yarasından sonra Məhəmməd Mirzəli altı saatdan çox davam edən əməliyyat keçirməli olub," Sərhədsiz Reportyorların 2021-ci il martın 25-də yaydığı bəyanatında deyilir.

Yerli medianın məlumatlarına görə, Mirzəlinin Azərbaycanda yaşayan ailə üzvləri də təzyiqlərə qalıb. Onun atası və bacısının həyat yoldaşı 2017-ci ildə həbs edilib. Bundan başqa, onun bacısının intim videogörüntülərini ailə üzvlərinə göndərərək, onları Telegram kanalı vasitəsilə yaymaqla hədələyiblər.

2016-cı ildən bəri Fransada sığınacaq alan Mirzəli ölkə rəhbərliyinə qarşı təhqiramiz və kəskin tənqidi çıxışları ilə tanınır.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG