Accessibility links

Həbsdən çıxan AXCP fəalı yenidən saxlanılıb


Elxan Əliyev və Əli Kərimli
Elxan Əliyev və Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elxan Əliyev 30 sutka inzibati həbs müddəti bitdikdən sonra yenidən saxlanılıb.

Bu barədə partiya sədrinin müşaviri Məmməd İbrahim məlumat verib.

Onun sözlərinə görə, məntəqənin yanında Elxan Əliyevə Bakıda çıxan kimi iki mülki şəxs ona yaxınlaşıb və deyib ki, o axtarışdadır. Həmin şəxslər özlərini Tovuz rayon polis əməkdaşları kimi təqdim ediblər.

“Onlar bildiriblər ki, Elxan Əliyev hansısa iş üzrə axtarışdadır və onlarla birlikdə Tovuz rayonuna getməlidir. Ancaq məsələnin nə olduğunu izah etməyiblər,” İbrahim sözünə davam edib.

Müşavirin fikrincə, Əliyev siyasi motivlərlə təqib olunur. Bununla yanaşı, diqqəti ona yönəldib ki, Əliyev bir ay həbsdə olub və heç kim onu axtarmayıb. Partiyada hesab edirlər ki, Əliyevə qarşı yeni iş saxtalaşdırılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Amerikanın Səsinə bildiriblər ki, Elxan Əliyevin Tovuz rayon Məhkəməsi qarşısında borca görə öhdəliyi var.

“Elxan Əliyev saxlanılıb və məhkəmə qarşısına çıxarılacaq,” Gəncə regional qrupundan deyiblər.

Elxan Əliyev martın 19-da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə 30 sutka inzibati qaydada həbs olunub. AXCP-dən onun həbsinin səbəbi tənqidi yazıları ilə izah edilirdi. Daxili İşlər Nazirliyi konkret bu iddiaya münasibət bildirməyib. Amma adətən qurum Azərbaycanda insanların tənqidi mövqelərinə görə həbs edilməsi ilə bağlı deyilənləri əsaslı saymır.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG