Accessibility links

Şərqi Azərbaycan vilayətində Ramazan qaydalarına riayət etməyən iş yerləri möhürlənib


İran xəbər agentliklərinə istinadən, Şərqi Azərbaycan vilayətində Ramazan ayının qaydalarına riayət etməyən bir çox iş yeri möhürlənib. Bəzi iş yerlərinə isə xəbərdarlıq məktubu göndərilib.

Rəsmi IRIB News agentliyi bu iş yerlərinin Ramazan ayında iş yerlərinə nəzarət və monitorinq layihəsinin tətbiqi çərçivəsində qapadıldığını yazıb.

Marağa polis komandiri polkovnik Tovhid Farsi şəhərdə 8 iş yerinin möhürləndiyini bildirib.

“Bu məkanlar mübarək Ramazan ayında icazəsiz fəaliyyət və qaydalara riayət etməmək səbəbilə möhürlənib,” polkovnik Farsi deyib. O, həmçinin Marağa şəhərində 18 iş yerinə xəbərdalıq məktubu göndərildiyini açıqlayıb.

İSNA xəbər agentliyinə istinadən, polisin ümumi məkanlara nəzarət bölməsinin (Əmakin) məmurları Ramazan ayında restoranlar, yeməkxanalar, yolkənarı komplekslər, çayxanalar və kafeləri təftiş edir.

XS
SM
MD
LG