Accessibility links

Məhəmməd Eyninin müvəqqəti azadlığa buraxılmasına icazə verilmir


Məhəmməd Eyni
Məhəmməd Eyni

İranın Gilan vilayətinin Rəşt şəhərinin sakini olan türk fəal Məhəmməd Eyninin həbsxanadan müvəqqəti azadlığa çıxması üçün məhkəmə girov qəbul etməkdən imtina edir.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Məhəmməd Eyninin dosyesinin yekunlaşdırlıb prokurorluqdan məhkəməyə göndərilib. Lakin ailəsinin zəmanət və müvəqqəti azadlığı üçün məhkəməyə müraciətləri nəticə verməyib.

Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) saytında dərc olunan məlumat görə, təhlükəsizlik qüvvələri milli fəalın ailəsini onun durumu haqda media ilə danışmaqdan imtina etməsi ilə əlaqədar hədələyib.

Məhəmməd Eyni yanvar ayının 23-də İctimai Təhlükəsizlik və Kəşfiyyat Polisinə çağırıldıqdan sonra nəzarət altına alınaraq 45 gün Kəşfiyyat İdarəsinin təcridxanasında dindirilib. Siyasi fəal daha sonra Rəşt həbsxanasına köçürülüb. Cənab Eyni təqribən bir aydır ki, Rəşt şəhərinin həbsxanasında saxlanılır və müvəqqəti azadlığı üçün məhkəmə tərəfindən zəmanət qəbul edilmir.

Məhəmməd Eyni daha öncə də İkinci Qarabağ Müharibəsi zamanı İran Azərbaycanı və İranın digər türkdilli bölgələrində baş tutan mitinqlərlə əlaqədar həbs edilib və məhkəmədə “sistemə qarşı təbliğat aparmaq” və “milli təhlükəsizliyi pozmaq məqsədilə fəaliyyət göstərmək” ittihamlarından mühakimə edilmişdi.

XS
SM
MD
LG