Accessibility links

Bakıda aksiya: Rusiya aqressiyasına son!


Azərbaycan Demokratiya və Rifah Partiyasının fəalları aprelin 12-də Bakıda Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qarşı etiraz aksiyası keçirib.

Aksiya Rusiyanın Bakıdakı səfirliyində planlaşdırılsa da, gücləndirilmiş polis dəstələri etirazçıların səfirliyin önünə yaxınlaşmaya imkan verməyib.

Polis aksiya iştirakçılarının şüarlarını əllərindən alıblar və aksiyanın icazəsiz olduğunu deyiblər.

Aksiya iştirakçıları "Ukraynada müharibəni dayandırın!", "Hərbi cinayətləri dayandırın!", "Buça və Ukraynanın digər yerlərində kütləvi qətllər törədən Rusiya hərbçiləri sülhməramlı ola bilməz!", "Rusiya ordusu Qarabağdan çıxarılmalıdır!" şüarları qaldırıb.

Polis daha sərt tədbirlərə əl atacaqlarını xəbərdarlıq edərək etirazçıları geri çəkməyə başlayıb və etirazçıları bir neçə yüz metr məsafədə müşayiət edib.

Onları səfirliyin qarşısına gələrək bəyanatı səsləndirməyə qoymayıblar.

Etirazçılar, həmçinin “Buça, İrpin, Qostomel “20 Yanvar”, Xocalı soyqırımının davamıdır”, “İşğalçı ordu sükhməramlı ola bilməz” şüarları səsləndirib.

Azərbaycan Demokratiya və Rifah Partiyasının fəalları aprelin 12-də Rusiyanın Bakıdakı səfirliynin binası qarşısında Ukraynaya hərbi müdaxiləyə qarşı etiraz aksiyası keçirib.
Azərbaycan Demokratiya və Rifah Partiyasının fəalları aprelin 12-də Rusiyanın Bakıdakı səfirliynin binası qarşısında Ukraynaya hərbi müdaxiləyə qarşı etiraz aksiyası keçirib.

Öz növbəsində Amerikanın Səsi Rusiyanın Azərbaycandakı səfirliyindən şərh almaq cəhdi baş tutmayıb. Səfirlik telefon zənglərimizə cavab verməyib.

Xatıraladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) aprelin 12-də Bakıda Rusiya Səfirliyinin binası qarşısında piket keçirmək niyyəti haqqında bildirişinə rədd cavabı verib.

Bakı meriyası epidemioloji vəziyyətlə əlaqədar piketin keçirilməsini məqsədəuyğun hesab etməyib.

Partiya hakimiyyətin dəlillərini əsassız hesab edib, belə ki, pandemiya ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsinə qoyulmuş bir çox məhdudiyyətlər çoxdan ləğv edilib.

ADRP 2015-ci ildə hərəkat kimi yaradılıb. Ötən il təşkilat partiyaya çevrilib. Partiyaya iqtisadçı alim Qubad İbadoğlu sədrlik edir.

XS
SM
MD
LG