Accessibility links

ADR Partiyası “Ukraynada müharibəni dayandırın!” şüarı ilə Rusiya səfirliyi qarşısında aksiya keçirəcək


ADR Partiyası
ADR Partiyası

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası aprelin 12-də Bakı vaxtı ilə saat 15-dən 16-dək Rusiyanın Bakıdakı səfriliyinin binası qarşısında piket keçirəcək.

ADR Partiyasının məlumatında deyilir ki, aksiya “Ukraynada müharibəni dayandırın!”, "Müharibə cinayətlərinə son qoyun!", “Buçada və Ukraynanın digər ərazilərində dinc əhalinin kütləvi qətlini törədən rus ordusu sülhməramlı ola bilməz!”, “Rus ordusu Qarabağdan çıxsın!” şüarları ilə keçiriləcək.

“Piketin ümumi məqsədi Rusiyanın Ukraynaya təcazüvünə etiraz edilməsi, Rusiya səfirliyinin binası qarşısında müharibə əleyhinə şüarların səsləndirililməsi, Rusiyanın “sülhməramlı” adı altında Qarabağda yerləşdirdiyi ordusunun Azərbaycan ərazisindən çıxarılmasının tələb edilməsi və piketin qətnaməsinin əlaqədar şəxslərə təqdimatıdır,” ADR Partiyası bildirir.

ADR Partiyası piket keçiriləcəyi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətini məlumatlandırıb.

“Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyətinə müraciət məlumat xarakterlidir. ADR Partiyası Rusiya səfriliyi qarşısında piket keçirməkdə israrlıdır,” məlumatda qeyd edilir.

XS
SM
MD
LG