Accessibility links

ABŞ Dövlət Katibi Azərbaycan Prezidenti ilə danışdı


Antoni Blinken və İlham Əliyev
Antoni Blinken və İlham Əliyev

ABŞ Dövlət Katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbətində Bakıda ötən həftəsonu baş vermis faciəvi qaz partlayışına görə başsağlığı verib.

Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlamada bildirib.

Qeyd olunur ki, Blinken telefon söhbətində “Kremlin Ukraynada törətdiyi iyrənc müharibə cinayətlərini” pisləyib. ABŞ rəsmisi öz ölkəsinin və tərəfdaşlarının Rusiya Federasiyası və onun hərəkətlərinə dəstək verən qüvvələri cavabdeh tutacağına dair öhdəliklərini vurğulayıb.

Blinken vəziyyətin de-eskalasiya olunmasına və diplomatiyanın bərpasına səsləyib.

Dövlət Katibi Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına, o cümlədən Prezident İlham Əliyevlə Ermənistan Baş Naziri Nikol Paşinyanın aprelin 6-da Avropa İttifaqı Şurası prezidenti Şarl Mişellə keçiriləcək görüşünə dəstək ifadə edib.

Blinken Birləşmiş Ştatların ikitərəfli və eyni təfəkkürlü tərəfdaşları ilə birgə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr dövləti olaraq hər iki ölkəyə dayanıqlı və hərtərəfli sülh əldə etmək üçün yardımçı olmağa hazır olduğunu vurğulayıb.

XS
SM
MD
LG