Accessibility links

Azərbaycan vətəndaşları Suriyadan repatriasiya olunub


Suriya
Suriya

Suriyanın Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 7 Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, repatriasiyası nəzərdə tutulan vətəndaşların öncə Türkiyə ərazisinə keçidi təmin olunub. Daha sonra Ankara-Bakı təyyarə reysi ilə Azərbaycana gətirilib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2021-ci il dekabrın 27-də deyib ki, ümumilikdə 2021-ci ildə İraq və Suriyadan Azərbaycana 81 nəfər gətirilib. Onların 69-u uşaq və 12 nəfəri qadındır.

“Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə tədqiqat” adlı yekun hesabatda bildirilir ki, 2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG