Accessibility links

Azərbaycan və Ukrayna prezidentləri sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd edib


Bu gün, martın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, telefon söhbəti zamanı Prezident Volodimir Zelenski Azərbaycan Prezidentini Ukraynadakı vəziyyət barədə məlumatlandırıb.

“Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər. Telefon danışığı əsnasında Prezident Volodimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib,” məlumatda qeyd edilir.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır.

Xatırladaq ki, Azərbaycan Ukraynaya humanitar yardımların göndərilməsini davam etdirir. Humanitar yardımlar həm hökumət tərəfindən göndərilir, həm də ictimaiyyətin təşəbbüsü ilə toplanılır. Azərbaycan Ukraynada təcilli tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edir.

XS
SM
MD
LG