Accessibility links

Təbrizlilərin şair Rza Bərahəninin xatirəsinə şam yandırmaq tədbiri dağıdılıb


Təbrizdə vətəndaşlar 86 yaşında Kanadanın Toronto şəhərində dünyasını dəyişən təbrizli şair və yazar Rza Bərahəninin xatirəsinə Ərk qalasında şamlar yandırıb, şəkillərini qaldırıb.

Oqtay Bərahəni öz şəxsi İnstagram hesabında bu mərasimin şəkillərini paylaşaraq, mərasimin qısa müddətdə dağıdıldığını qeyd edib.

“Bu gün Ərk qalasının giriş qapılarını bağladılar və kimsəni qala sahəsinə buraxmadılar. Onlar gəlib Ərk qalasının ətrafında yandırılmış şamları toplayıb və mərasimdə iştirak edənləri dağıtdılar və bitdi” - deyə, Arslan Bərahəni qeyd edib.

Şairin vəfat xəbərini sosial mediadan paylaşan oğlu Oqtay və Arslan Sosial mediadan atalarının vəsiyyəti əsasında cənazənin İrana qaytarıb orada dəfn etmək üçün lazımı inzibati və idari işləri görməkdə olduqlarını bildiriblər. Onlar bu haqda prosedurun nəticəsi ilə əlaqədar gələcək günlərdə xalqa məlumat verəcəklərini də qeyd ediblər.

Məşhur şairin cənazəsinin İrana gətirildiyi təqdirdə hansı şəhərdə dəfn ediləcəyi diqqətləri cəlb edib.

XS
SM
MD
LG