Accessibility links

AXCP fəalının aclıq aksiyası keçirdiyi bildirilir


Elxan Əliyev və Əli Kərimli
Elxan Əliyev və Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyevin aclıq aksiyası keçirdiyi bildirilir.

Bu barədə Amerikanın Səsinə partiyadan məlumat verilib.

AXCP-dən verilən məlumata görə, Əliyev martın 23-də zəng edərək həbs olunan gündən aclıq aksiyası keçirdiyini deyib.

Partiyadan qeyd olunub ki, o, saxlanılan zaman avtomobilində olan pulunun yoxa çıxmasına etiraz edir.

"Elxan Əliyev telefonda vurğuladı ki, pul qayıtmayana qədər aclığı dayandırmayacaq," partiyadan qeyd ediblər.

Bu deyilənlərə, hələlik, Amerikanın Səsi olaraq Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Lakin Azərbaycan hakimiyyəti bir qayda olaraq, ölkədə insanların tənqidi mövqelərinə görə həbs edilməsi ilə bağlı deyilənləri rədd edirlər.

Martın 19-da Elxan Əliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə günahlı bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mətbuat xidməti məlumat yayıb.

Elektron məhkəmə portalında yayılan rəsmi məlumata görə, Elxan Əliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə günahlandırılaraq barəsində inzibati tənbeh tətbiq edilib.

Öz növbəsində, AXCP Mətbuat xidmətindən Amerikanın Səsinə deyiblər ki, Əliyev həmçinin İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə günahlandırlıb.

"Çünki 510-cu maddəinin sanksiyasında 15 sutkadan çox inzibati həbs yoxdur."
Polis Elxan Əliyevin hansı şəraitdə və hansı səbəbdən saxlanılması ilə bağlı məlumat verməyib.

AXCP Mətbuat xidməti bildirir ki, Elxan Əliyev şəxsi minik avtomobili ilə hərəkət edərkən saxlanılıb.

“O polisin çağırışına tabe olub və polislə birgə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə gedib. Onun hərəkətlərində polisin qanuni çağırışına tabe olmamaq və xırda xuliqanlıq əlamətləri ümumiyyətlə olmaytıb.”

AXCP sədri Əli Kərimli hesab edir ki, partiya fəalının həbsinin səbəbi tənqidi yazılarıdır.

“AXCP funksioneri Elxan Əliyevi şərləyərək son 6 ayda 3-cü dəfə 30 sutka müddətinə inzibati qaydada həbs etdilər. Elxan bəyin körpə övladlarını bayram axşamı atasız qoydular. Elxan bəy heç bir qanun pozuntusuna yol verməyib. Tez-tez həbs olunmasının tək səbəbi sərt tənqidi yazılarıdır,” o qeyd edib.

Elxan Əliyev bundan öncə 2021-ci il dekabrın 1-də Bakıda Fəvvarələr meydanında siyasi məhbus kimi tanınan “Saleh Rüstəmliyə azadlıq!” tələbi ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılaraq 20 sutka inzibati həbsə məhkum edilib.

XS
SM
MD
LG