Accessibility links

FHN: 39 nəfər təxliyə edilib, əməliyyat davam edir- cənub bölgəsində leysan yağışlar fəsadlar törədib


Masallı və Cəlilabad rayonlarının bəzi yaşayıç məntəqələri yağışdan sonra, 19 mart 2022, FHN
Masallı və Cəlilabad rayonlarının bəzi yaşayıç məntəqələri yağışdan sonra, 19 mart 2022, FHN

Martın 19-u gecə saatlarından yağan güclü yağış nəticəsində Cəlilabad və Masallı rayonlarının bəzi yerlərində fərdi evlər, həyətyanı və əkin sahələrini su basıb.

Bu barədə elə martın 19-u səhər saatların Fövqəladə Hallar Naziriyi məlumat yayıb.

Məlumatda vurğulanır ki, gecə saatlarından başlayaraq respublikanın cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi müşahidə olunub.

Məlumatda bildirilir ki, yağıntının törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyə məxsus canlı qüvvə və texniki avadanlıqlar Masallı rayonunun Mollaoba, Bədəlan, Təzə Alvadı kəndlərində, Cəlilabad şəhəri və rayonunun Bəcirəvan kəndində xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

"Görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə 39 nəfərin təxliyəsi həyata keçirilib. Hazırda əməliyyat davam edir".

Fövqəladə Hallar Nazirliyi yaranmış vəziyyətlə bağlı, mövcud hava şəraitindən yarana biləcək təhlükələrdən qorunmaq üçün yerli sakinlər müraciət edib. Müraciətdə əhaliyə tövsiyyə olunur ki, havaların yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması ilə əlaqədar zəruri təhlükəsizlik qaydalarına əməl etdsinlər.

XS
SM
MD
LG