Accessibility links

Yaşar Nikru Rəşt şəhərinin Kəşfiyyat İdarəsində dindirilib


İranın Gilan vilayətinin Rəşt şəhərinin sakini Yaşar Nikru İnqilab Məhkəməsinə aparılıb.

Bu barədə məlumatı bölgədə fəaliyyət göstərən hüquq müdafiəçiləri yayıb. Məlumata görə, Yaşar Nikru bir neçə saat təhlükəsizlik qüvvələri tərəfindən dindirildikdən sonra İnqilab Məhkəməsinə aparılıb və ittihamları haqda məlumat verilib.

Daha sonra 80 milyon tümənlik girov müqabilində məhkəmənin qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılıb.

Azərbaycanlı fəal Yaşar Nikruya qarşı "sistemə qarşı təbliğat aparmaq" ittihamı irəli sürülüb. O, daha öncə keçən ilin may ayında təhklükəsizlik qüvvələri tərəfindən həbs edilib təqribən iki həftə təcridxanada dindirildikdən sonra sərbəst buraxılmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG