Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ölkəsinə qarşı müharibəsinin şiddətləndiyi bir vaxtda ABŞ Konqresinə virtual müraciətlə çıxış edəcək.
Demokrat liderlər Zelenskinin çərşənbə günü Nümayəndələr Palatasının və Senatın üzvləri ilə danışacaqlarını açıqlayıb. Tədbir ictimaiyyət üçün canlı yayımlanacaq.Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bazar ertəsi Nyu-York qanunvericiləri ilə Bruklin Körpüsündə keçirilən tədbirdə deyib: "Öz demokratiyaları üçün mübarizə apardığı bu ölkənin lideri olmaq böyük bir imtiyazdır".
Pelosi deyib ki, Zelenski keçən həftənin sonu onunla danışarkən görüşü xahiş edib və qanunvericilər onun Konqresdə çıxışından çox “həyacanlandılar”.Danışıqlart Rusiya prezidenti Vladimir Putinin paytaxt Kyivə havadan da daxil olmaqla, hücumlarını gücləndirdiyi bir vaxtda ukraynalıların müharibədə ölkələrinin müdafiəsi üçün mübarizə apardığı bir vaxta təsadüf edir.
Ukraynada mülki əhali Putin rejimini dayandırmaq üçün silaha əl atır, lakin müharibə Ukraynadan 2,5 milyondan çox insanın kütləvi şəkildə qaçmasına səbəb olub."Konqres, ölkəmiz və dünya Ukrayna xalqına heyran qalır" - deyə, Pelosi və Senat çoxluğunun lideri Çak Şumer deyib.
Onlar bildirib ki, bütün qanunvericilər video vasitəsilə veriləcək nitqə dəvət olunub. Bu, Konqresin bu yaxınlarda Ukraynaya təcili hərbi və humanitar yardım üçün 13,6 milyard dolları təsdiqlədiyi vaxta təsadüf edir.Baydenin çərşənbə axşamı Ukraynaya yardımı ehtiva edən böyük xərclər haqqında qanunu imzalaması gözlənilir.
Pelosinin keçən həftəki zəngi zamanı Zelenski ölkəsinin müharibədən sonra bərpası üçün köməyə ehtiyac duyacağını deyib."2,7 milyon qaçqının bəzilərinin ehtiyaclarını ödəmək baxımından daha çox şey etməliyik" - deyə, bildirib.
O, ukraynalıların demokratiya uğrunda mübarizə apardıqlarını deyib.Liderlər bazar ertəsi verdikləri bəyanatda bildiriblər ki, Konqres “Putinin qəddar və şeytani təcavüzü ilə üzləşdiyi bir vaxtda Ukraynanı dəstəkləmək öhdəliyimizdə sarsılmaz olaraq qalır”.
Pelosi və Şumer deyib ki, onlar “demokratiyanı cəsarətlə müdafiə edən Ukrayna xalqına dəstəyimizi çatdırmaq” niyyətindədirlər.
Zelenski bu ayın əvvəlində Nümayəndələr Palatasının və Senatın qanunvericiləri ilə video vasitəsilə danışaraq, daha çox hərbi yardım üçün müraciət etmişdi.