Accessibility links

Nazim Bəydəmirli: Azərbaycana Rusiyanı əvəz edən alternativ bazarlar lazımdır


Nazim Beydemirli
Nazim Beydemirli

İqtisadçı Nazim Bəydəmirli Amerikanın Səsinə müsahibəsində Azərbaycan-Rusiya ticarət əlaqələrindən, idxal məhsullarına Rusiyanınn qadağa qoymasının risklərindən və alternativ bazarların lazımlılığından danışıb.

Nazim Bəydəmirli: Azərbaycana Rusiyanı əvəz edən alternativ bazarlar lazımdır
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Amerikanın Səsi: Rusiya prezidenti Vladimir Putin bir sıra xammal və məhsulların ixracını qadağan edən fərman imzalayıb. Fərmana əsasən qadağanın təsirinə məruz qalacaq ölkələr müəyyən olunacaq. Sizcə Azərbaycan bu ölkələrin sırasında ola bilərmi?

Əgər xammalın satışı qadağan olunacaqsa, Azərbyacan bir çox xammalı, o cümlədən taxıl məhsullarını Rusiyadan alır.

Nazim Bəydəmirli: Təbii ki, bu təhlükə var. Əgər xammalın satışı qadağan olunacaqsa, Azərbyacan bir çox xammalı, o cümlədən taxıl məhsullarını Rusiyadan alır. Çünki, müharibə gedən dövrdə ordu üçün ərzaq təminatı çox vacibdir. Ona görə, Rusiya Federasiyası həm dəmir məmulatlarını, həm buğda məhsullarını, həm də digər məhsulları, hansı ki, hərbi mənada ölkəsinə vacibdir, onların ixracına qadağa qoya bilər. Azərbaycan da qadağa edilənlərin siyahısında ola bilər.

Amerikanın Səsi: Rəsmi şəxslər Azərbaycan ilə Rusiya arasında illik ticarət dövriyyəsinin 3 milayrd dollar səviyyəsində olduğunu bildirir. Bunun 2,3 milyard dollarını Rusiyadan idxal təşkil edir. Azərbaycan Rusiyadan əsasən hansı məhsul və xammalı idxal edir?

Nazim Bəydəmirli: Bilrsiniz ki, Rusiya ötən il taxılı aksiz vergisnə cəlb etdiyinə görə, bu ilin əvvəlində taxılın, un və un məhsullarının Azərbaycanda qiymətləri artdı. Qeyd edim ki, ixracın, idxalın ümumi strukuruna baxanda Rusiya önəmli ticarət partnyorlarımızdan biridir. Bu mənada, rəsmilər haqlıdırlar ki, Azərbaycan-Rusiya iqtisadi əlaqələri ənənəvi olaraq həcm baxımından yüksək səviyyədədir. Bir çox digər məhsullar da var ki, maşınqayırma sənayesinin məhsulları, hansı ki, əsas ticarətimizdə biz Rusiyadan daha çox silah və sursatlar alırıq. İndiki dövrdə bunların əvəzlənməsi də problem ola bilər. Çünki, Rusiyanın özü müharibədədir, başqa bir ölkənin ərazisini işğal etmək cəhdi var. Ümid edək ki, bu müharibə tez qurtaracaq, Azərbaycanla Rusiyanın əlaqələrində bir problem yaranmayacaq.

Amerikanın Səsi: Rusiya hansı məhsulların Azərbaycana ixracına qadağa tətbiq edə bilər? Qadağalar ölkənin ərzaq təhlükəsizliyinə və daxili bazara necə təsir edə bilər?

Rublun dəyəri düşdüyünə görə, Rusiya cəlbedici ölkə kateqoriyasından çıxır.

Nazim Bəydəmirli: Əslində, indiki dövrdə Rusiyanın da xaricdən aldığı bir çox məhsullar var. Xatırlayırsınız, Türkiyə ilə yaranmış krizisdə, “pomidor müharibəsi” adı ilə tarixə keçib, o zaman müxtəlif məhsullar Azərbaycan üzərindən satılırdı. İndi güman etmirəm ki, Azərbaycanla bağlı ixracda bir problem olsun. Ancaq,problem əsasən iqtisadi problemdir. Çünki, rublun dəyəri düşdüyünə görə, Rusiya cəlbedici ölkə kateqoriyasından çıxır. İnsanların alıcılıq qabiliyyəti aşağı düşdüyünə görə, təbii olaraq Azərbaycandan ixrac olunan məhsullar həcm baxımından da kifayət qədər aşağı düşəcək. Bu baxımdan bizim ölkəmizə sərf edən odur ki, alternativ bazarlar olsun. Hökumətə tövsiyyə edirəm ki, bu alternativ bazarlar üzərində fikirləşsin.

Amerikanın Səsi: Azərbaycan üçün Rusiyanı əvəz edəcək alternativ bazarlar hansı ölkələr ola bilər?

Azərbaycan hökuməti təcili olaraq Avropa Birliyi ölkələri ilə azad ticarət haqqında sazişi imzalasın ki, Azərbaycan sahibkarlarının alternativ bazarları olsun.

Nazim Bəydəmirli: Təbii ki, Azərbaycan hökuməti vaxtında bir çox strateji səhv edib. Azərbaycan Avropa Birliyi ölkələri ilə azad ticarətlə bağlı təklif olunan müqaviləni imzalamayıb, danışıqları davam etdirməyib. İndi görürsünüz, daha stabil ölkələr və bazarı daha böyük olan, 600 milyondan çox istehlakçı olan Avropa Birliyi ölkələrinə Azərbaycandan müxtəlif kənd təsərrüfatı məhsulları, o cümlədən təbii məhsulları satmaqda Azərbaycan sahibkarları çoxlu vəsait qazana bilərdi. Ancaq biz görürük ki, Azərbaycan hökuməti ənənəvi olaraq Rusiya bazarlarına daha çox üstünlük verir. Ancaq Avropa ilə və digər bazarlarla münasibətləri normal vəziyyətə gətirmir. Bu mənada mən tövsiyyə edərdim ki, Azərbaycan hökuməti təcili olaraq Avropa Birliyi ölkələri ilə azad ticarət haqqında sazişi imzalasın ki, Azərbaycan sahibkarlarının alternativ bazarları olsun. Təbii ki, uzaq məsafələrlə, Afrika ölkələri, Çin olsun, loqistik baxımdan baha ola bilər. Ancaq Avropa Birliyi ölkələrinə çıxışı daha da asanlaşdrımaq lazımdır. Bu, Azərbaycanın strateji maraqlarına cavab verir.

Amerikanın Səsi: Rusiya Azərbaycana ixraca qadağa qoysa yaxın müddətdə vəziyyətdən çıxışı nədə görürsünüz?

İnhisarçılıq və məmur sahibkarlığı ləğv olunmalıdır. Yəni, klassik anlamda Azərbaycan azad ticarətə üstünlük verməlidir.

Nazim Bəydəmirli: Yaxın müddətdə, təbii ki, Azərbaycanın özünün daxilində problemlər mövcuddur. Qiymətlər çox bahadır. İnsanlarımızın alıcılıq qabiliyyəti çox aşağıdır. Ancaq ənənəvi olaraq kənd təsərrüfatı məhsulları, pomidor olsun, alma olsun, digər tez yetişən faraş tərəvəz məhsulları olsun əsas olaraq Rusiyaya ixrac olunur. Rublun alıcılıq qabiliyyəti aşağı düşdüyünə görə, kursun dəyişdiyinə görə, proeblemlər olacaq. Azərbaycan hökuməti nə etməlidir? Sahibkarlığı inkişaf etdirməlidir. İdxaldan asılı olan məhsulların daxildə istehsalına nail olunmalıdır. Bunun üçün də sahibkarlıq təşviq edilməlidir, iqtisadi fəaliyyət artırılmalıdır. Onun üçün də inhisarçılıq və məmur sahibkarlığı ləğv olunmalıdır. Yəni, klassik anlamda Azərbaycan azad ticarətə üstünlük verməlidir. Liberal bazar dəyərlərini inkişaf etdirməlidir ki, bolluq olasun. Başqa ölkələrin problemləri, özləri üçündür. Bizim əsas prioritetimiz özümüzü təmin etməkdir. Onun üçün də bu vəziyyət Azərbaycan hökuməti üçün də bir fürsətdir.

XS
SM
MD
LG