Accessibility links

Rusiyalı incəsənət xadimlərinin çıxışları bir çox məkanlarda qəbul edilmir


Rus dirijor Valeri Qerqiyev Vyana Filarmonik Orkestri ilə Vyanadakı Şenbrun Sarayında səhnədə çıxış edir, Avstriya, 18 sentyabr 2020-ci il.
Rus dirijor Valeri Qerqiyev Vyana Filarmonik Orkestri ilə Vyanadakı Şenbrun Sarayında səhnədə çıxış edir, Avstriya, 18 sentyabr 2020-ci il.

Rusiya qüvvələrinin Ukraynaya müdaxiləsi dünyanın müxtəlif yerlərində olan incəsənət və mədəniyyət müəssisələrinin reaksiyalarını alovlandırıb və onların əksəriyyəti Rusiya prezidenti Vladimir Putinin tərəfdarları olan rus sənətçilərinin çıxışlarını ləğv edir.

80-dən çox ölkədən ən yüksək keyfiyyətli filmləri nümayiş etdirən yalnız dəvətli tədbir olan Kann Film Festivalı Ukrayna ilə Rusiya arasında davam edən münaqişədən sonra bu il heç bir Rusiya nümayəndə heyətinin qəbul edilməyəcəyini açıqlayıb. Festivalın may ayında başlaması nəzərdə tutulub.

“Hücum müharibəsi Ukrayna xalqını qane edəcək şəraitdə bitməyincə, qərara alınıb ki, biz Rusiyanın rəsmi nümayəndə heyətlərini qəbul etməyəcəyik və Rusiya hökuməti ilə əlaqəsi olan hər hansı birinin iştirakını qəbul etməyəcəyik”, festivalın təşkilatçıları martın 1-də yaydıqları bəyanatda bildiriblər.

Festivalda ayrı-ayrı rus rejissorlarına icazə verilə bilər, lakin onların filmlərinin yarışmasına icazə verilib-verilməyəcəyi açıqlanmayıb.

İtaliyanın "Maneskin" qrupu Rotterdamdakı Ahoy konqres mərkəzində 65-ci "Eurovision" Mahnı Müsabiqəsində qalibiyyətini qeyd edir, 22 may 2021-ci il.
İtaliyanın "Maneskin" qrupu Rotterdamdakı Ahoy konqres mərkəzində 65-ci "Eurovision" Mahnı Müsabiqəsində qalibiyyətini qeyd edir, 22 may 2021-ci il.

“Eurovision”un təsisçisi olan Avropa Yayım Birliyi Rusiyaya daha Eurovision Mahnı Müsabiqəsində iştirak etməyə icazə verilməyəcəyini bəyan edib. Qərar müsabiqənin rəhbər orqanı olan İstinad Qrupunun yayımçılar birliyinin dəyərlərini vurğulayan son tövsiyələrindən sonra verilib.

İslandiya, Norveç, Finlandiya və Hollandiyadan olan yayım şirkətləri Rusiyanın müsabiqədən kənarlaşdırılmasını tələb ediblər.

Münhen Filarmonik Orkestrinin baş dirijoru və Putinin müttəfiqi Valeri Qerqiyev Rusiya prezidentinin Ukraynadakı hərəkətlərini pisləməkdən imtina etdiyi üçün vəzifəsindən azad edilib.

Dünya şöhrətli dirijorun bir çox konsertləri ləğv və idarəedici şirkəti tərəfindən tərk edilib.

Rusiya prezidenti Vladimir Putin, solda, Sankt-Peterburqda Mariinski Teatrının o zamankı bədii rəhbəri Valeri Qerqiyevlə məşqə rəhbərlik edir, 7 yanvar 2014-cü il.
Rusiya prezidenti Vladimir Putin, solda, Sankt-Peterburqda Mariinski Teatrının o zamankı bədii rəhbəri Valeri Qerqiyevlə məşqə rəhbərlik edir, 7 yanvar 2014-cü il.

Qerqievin fəxri prezident kimi işlədiyi Edinburq Beynəlxalq Festivalı "Edinburq Kyiv şəhəri ilə qardaşdır və bu hərəkət onun vətəndaşlarına rəğbət və dəstək olaraq həyata keçirilir" deyərək istefasını tələb edib.

Bəzi sənətçilər Rusiyaya qarşı mədəni sanksiyaların qlobal tendensiyasına qarşıdırlar.

Fransız rəssam Seqolen Hensen Kan Moskvada "Surface Lab" İncəsənət Qalereyasında rəsmlərinin fərdi sərgisini aparır.

O, Artnet News-a "İncəsənətin qarşısı müharibə ilə alınmamalıdır" deyib. “Ukraynalı rəssamların Rusiyadakı rəssamların onları dəstəklədiyini bilməsi vacibdir”.

XS
SM
MD
LG