Accessibility links

Jurnalistlər Elmar Hüseynovun qətlinin 17-ci ilində onun xatirəsini yad edib


Journalists commemorated Elmar Huseynov on the 17th anniversary of his assassination
Journalists commemorated Elmar Huseynov on the 17th anniversary of his assassination

Bu gün, martın 2-də “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətlindən 17 il keçir.

Hər il olduğu kimi bu il də ölkənin azad mediasını təmsil edən bir qrup jurnalist onun məzarı başında xatirəsini yad edib.

Jurnalistlər Elmar Hüseynovun qətlinin 17-ci ilində onun xatirəsini yad edib
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Elmar Hüseynovun qətlinin ölkədə azad mətbuatın susdurulması üçün atılan addım hesab edir.

“Elmar Hüseynovun qətlindən keçən 17 ildə azad mətbuat tam sıradan çıxarılıb. Yeni qəbul edilən “Media haqqında” qanun da sübut edir ki, bu siyasət davam etdirilir. Azərbaycanda artıq azad media deyil, informasiya cəmiyyətinin sıradan çıxarılması siyasəti həyata keçirilir. Bütün bunlara baxmayaraq hakimiyət ölkədə informasiya cəmiyyəti üzərində nəzarətini bərqərar edə bilməyib. Hesab edirəm ki, sonda Azərbaycan informasiya cəmiyyəti qalib olacaq,” o qeyd edib.

Journalists commemorated Elmar Huseynov on the 17th anniversary of his assassination
Journalists commemorated Elmar Huseynov on the 17th anniversary of his assassination

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xududoğlu hesab edir ki, Elmar Hüseynovun qətlinin açılması siyasi iradəyə bağlıdır.

“Ciddi bir istintaq qrupu fəaliyyət göstərsə Elmar Hüseynovu qətlə yetirənlər cəzasını alar. Burada bayraqdar yox, sadəcə peşəkar əməliyyatçılar və istintaqçılar lazımdır,” o qeyd edib.

Elmar Hüseynov 2005-ci il martın 2-də odlu silahla qətlə yetirib. Hadisənin üstündən 17 il keçsə də, qətlin sifarişçiləri və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıb.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət edib.

Hüseynov 1967-ci il iyulun 17-də Bakıda anadan olub.

Tomb of Elmar Huseynov
Tomb of Elmar Huseynov

O, 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə "Trend" analitik-informasiya agentliyini, 1996-cı ildə isə "Monitor" jurnalını təsis edib. Hüseynov həmçinin, "Bakinski bulvar", "Bakinskiye vedomosti" qəzetlərinin təsisçisi olub.

2017-ci ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmamasına qərar verib. Bununla bağlı AİHM-a mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynova şikayət etmişdi. Qərarda qeyd edilir ki, hökumət Elmar Hüseynovun qətlə yetirilməsi olayı üzrə açılan cinayət işini effektiv aparmayıb. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərinə görə isə 10 min avro cərimələnib.

Azərbaycan hüquq-mühafizə orqanları bəyan edib ki, onlar bu qətlin açılması üçün bütün lazımı səyləri göstəriblər.

XS
SM
MD
LG