Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək mətbuat azadlığının müdafiəsini və jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırıb.
Komitə həmçinin iki jurnalistin - Polad Aslanov və Əfqan Sadıqovun həbsdən azad edilməsinin vacibliyini qeyd edib.
Fevralın 22-də Komitənin icraçı direktoru Robert Mahoni Prezident Əliyevə müraciət ünvanlayıb. Müraciətdə Azərbaycanda mətbuat azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlərin artması ilə bağlı narahatlıq ifadə olunub.
Müraciətdə qeyd olunur ki, fevralın 8-də Əliyevin imzaladığı "Media haqqında" qanun xəbər saytlarının bağlanması və bloklanması üçün əsasları xeyli genişləndirir, habelə tanınmış KİV-lər üçün məhdudlaşdırıcı dövlət reyestrini müəyyən edir.
"Qanun qeyri-müəyyənlik və ağır tələblərlə doludur. Görünür, qəsdən ölkəni işıqlandıran azad KİV-in qalan son istinadgahlarının qəsdən məhv edilməsi üçün nəzərdə tutulub,” sənəddə qeyd edilir.
Komitə bu qanunu ləğv etmək üçün addımlar atmağa, həmçinin ondan heç vaxt mətbuat mənsublarına qarşı istifadə olunmamasının təmin edilməsinə çağırır.
Məktubda peşə fəaliyyətinə görə həbsdə olan jurnalistlər Polad Aslanov və Əfqan Sadıqovun taleyindən narahatlıq ifadə olunub.
"Müstəqil Xeberman и Press-az xəbər saytlarının baş redaktoru Polad Aslanov 2019-cu ilin iyunundan dövlətə xəyanət ittihamı ilə dəmir barmaqlıqlar arxasındadır. 2020-ci ilin noyabrında o 16 il müddətinə azadlıqdan məhrum edilib. Polad Aslanov uzun müddətdir xroniki ürək xəstəliyindən əziyyət çəkir və həbsdə olduğu müddətdə vəziyyəti daha da pisləşib,” komitə direktorunun Əliyevə müraciətində qeyd olunur.
“Uzun müddətdir ki, Aslanovun dişlərində problem var. Həmçinin revmatizm və digər xəstəliklərdən ciddi əziyyət çəkməsinə baxmayaraq, həbsxana rəhbərliyi ona müalicə olunmağa köməklik göstərməyib ya da adekvat yardım göstərməyib.
Aslanov çəkisinin az olmasına baxmayaraq, ədalətsiz hökmə və həbsxana rəhbərliyinin kobud rəftarına etiraz olaraq 4 dəfə aclıq edib.”
Aslanovun şikayəti üzrə Ali Məhkəmədə keçiriləcək dinləmələr fevralın 24-nə təyin edilib.
"Bu tarix Azərbaycan hakimiyyəti üçün ədalətsizliyi düzəltmək və nəhayət, Aslanova qarşı ittihamları dərhal və qeyd-şərtsiz ləğv etmək üçün yaxşı fürsətdir,” komitə belə hesab edir.
Müstəqil “Azel” TV saytının baş redaktoru Əfqan Sadıqov 2020-ci ilin mayından zorla tələb etmək ittihamı ilə həbsdədir.
"Elə həmin il 7 il həbs cəzasına məhkum edildikdən sonra Sadıqov 241 günlük aclığa başlayıb. Ancaq ötən ilin iyulunda Ali Məhkəmə onun cəzasını 4 ilə endirdikdən sonra aclığı dayandırıb. Aclıq zamanı Sadıqovun böyrək və ağciyərlərində ciddi problemlər yaranıb. O, 47 kiloqrama qədər (104 funt) çəki itirib, hətta qısa müddətə komaya düşüb. Aclıq zamanı yaranan ağciyər problemlərilə əlaqədar son 7 aydır ki, Penitensiar Xidmətin xəstəxanasında müalicə olunur,” müraciətdə deyilir.
Sonda komitə İlham Əliyevi "Media haqqında" qanunu ləğv etməyə, Polad Aslanov və Əfqan Sadıqovun azaldığa buraxılmasına yardımçı olmağa, jurnalistlərin təhlükəsiz işini təmin etməyə çağırır.