Accessibility links

Virciniyada qeyri-hökumət təşkilatları əfqan qaçqınlara yardım edir


Virciniyada qeyri-hökumət təşkilatları əfqan qaçqınlara yardım edir
please wait

No media source currently available

0:00 0:02:57 0:00

Virciniyada qeyri-hökumət təşkilatları əfqan qaçqınlara yardım edir

Ceyson Tornbol Ford şirkətinin marketinq üzrə meneceridir. O, avto-salonda hələ satışa çıxarılmayan avtomobili təqdim edir. Lakin bu avtomobil yaxın gələcək üçün artıq satılıb. "200 mindən çox sifarişimiz var və biz onları yerinə yetirməyə çalışırıq" - deyə, Ceyson Tornbol bildirir.

O, ən son yüksək performanslı idman avtomobili haqqında danışmır. O, ənənəvi yanma mühərriki olmaması ilə məşhur yeni tam ölçülü pikap yük maşınını nümayiş etdirir. Ford F-150 Lightning tamamilə elektrikli maşındır. "O, hazırda satışda olan yük maşınları qədər yük daşıya bilir və eyni dərəcədə davamlıdır."

Ənənəvi pikap yük maşınları 2021-ci ildə ABŞ-da ən çox satılan avtomobillər olsa da, Tornbol etiraf edir ki, tamamilə elektriklə işləyən avtomobil və ya “E-V” pikaplarının benzinlə işləyən pikaplar qədər qəbul ediləcəyi gözlənilmirdi. Ceyson Tornbol: “Bu, sürətlə inkişaf edən bir seqmentdir. Hətta bir neçə il əvvəl elektrik avtomobil və yük maşınları, demək olar ki, oksimoron idi.

Belə görünür ki, "Lightning"-i almaq istəyənləri maşının hər 600 kilomterdən bir batareyasının doldurulmalı olması narahat etmir. Nikol Kratz: "İnsanların çoxu gündə 640 km sürmür, lakin onlar şimala getmək, kiçik səyahətə və uzun səfərə çıxmaq qabiliyyətinə malik olan maşın istəyirlər."

Nikol Kratz General Motors şirkətinin Ford F-150 Lightning-lə birbaşa rəqabət aparan yeni Chevrolet Silverado-EV pikapının baş mühəndisidir. Onun sözlərinə görə, Amerikada artan enerji doldurma stansiyaları şəbəkəsi istehlakçılara elektrik avtomobillərinin mövcud çeşidi ilə bağlı narahatlıqlarını aradan qaldırmağa yardım edir.

Kratz deyir ki, Silverado-EV General Motors-un çox da uzaq olmayan gələcəkdə avtosalonlara göndərməyi planlaşdırdığı yeni elektrik avtomobillərinin ən sonuncusudur. “Biz 2025-ci ilə qədər yollarda bir milyon elektrik avtomobilin elektrik olması haqqında danışdıq. 35-ə qədər avotomobil modeli elektrik olacaq.“

Ford-un da elektrikli avtomobilləri ilə bağlı iddialı planları var. Ceyson Tornbol: “Biz yaxın bir neçə ildə 30 milyard dollar sərmayə qoyuruq və həqiqətən 2030-cu ilə qədər ABŞ-da avtomobillərimizin 40 faizinin tamamilə elektrik olmasını hədəfləyirik”.

Digər istehsalçılar da yeni elektrik avtomobil modellərini bazara çıxarır.

Tesla tezliklə artıq məşhur olan sedan avtomobillərinin sıralarına tam elektriklə işləyən “kiber-yük maşını” əlavə edəcək.

Rivian da həmçinin bu ilin sonunda yeni yük maşını üçün ilk sifarişləri çatdırmağı planlaşdırır.

XS
SM
MD
LG