Accessibility links

ATƏT-in media azadlığı üzrə nümayəndəsi: Fatimə Mövlamlıya və digər media işçilərinə qarşı zorakılığı barədə məlumat qəbuledilməzdir


OSCE
OSCE

Fevralın 15-də Azərbaycanda polisin reportyor Fatimə Mövlamlıya və digər media işçilərinə qarşı zorakılığı barədə məlumat qəbuledilməzdir.

Bu barədə ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro Twitterdə bildirib.

“Jurnalistlər təhlükəsiz şəraitdə işləməyi bacarmalıdırlar. İnanıram ki, səlahiyyətlilər işi tez bir zamanda araşdıracaqlar. ”

Fevralın 15-də Azərbaycan Prezident aparatının qarşısında aksiyanı işıqlandıran Azadlıq qəzetinin əməkdaşı Fatimə Mövlamlı, müstəqil veb site olan Azel TV –nin əməkdaşı Sevinc Sadıqova və Kanal 13-un əməkdaşı Teymur Kerimov saxlanılıb.

Teymur Kerimov Facebook səhifəsində aksiyanı işıqlandırarkən polis tərəfindən saxlanıldığını göstərib. Polis onun canlı yayım çəkiliş aparmasına mane olub.

Sevinc Sadıqova hazırda həbsdə olan jurnalist Əfqan Sadıqovun həyat yoldaşıdır.

Jurnalist Sevinc Sadıqova Amerikanın Səsinə bildirib ki, o və həmkarı Fatimə Mövlamlı 4 saat saxlanıldıqdan sonra sərbəst buraxılıb.

''Bizi saxlayan zaman təhqir etdilər və döydülər. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə və oradan da Bakı şəhər Baş Polis İdarəsinə apardılar. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Vüqar Ələkbərov bizimlə söhbət aparandan sonra sərbəst buraxdılar. Yeni media qanununa görə, məni həbs edə və cərimə edə bilərsinizsə buyurun, amma bu məni susdura bilməz"- deyə, o qeyd edib.

Sadıqova deyir ki, polisin bu hərəkətindən şikayət veriləcək.

Öz növbəsində Fatimə Mövlamlı da Sadıqovanın dediklərini təsdiq edib. Fevralın 15-də o, döyülməsi və söyülməsi barədə Facebook səhifəsində paylaşım edib.

Bununla belə əynindəki gödəkçənin cırılmış fotosunu paylaşıb.

Reportyor Fatimə Mövlamlı deyir ki, bu işlə bağlı məhkəməyə müraciət ediləcək.

“Bizim şikayət yazılır. Məhkəmədə yəqin ki, vəkil kimi Nemət Kərimli təmsil edər. Biz şikayəti birbaşa Azərbaycan Baş Prokurorluğuna göndərəcəyik” , o, Amerikanın Səsinə deyib.

Öz növbəsində Amerikanın Səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev açıqlama verib.

“Hər bir halda hüquqazidd əməl qəbuledilməzdir. O cümlədən jurnalistlərə qarşı xüsusilə Fatimə Mövlamlıya qarşı nəzakətsiz davranışına görə həmin polis əməkdaşları tutduğu vəzifədən kənarlaşdırılıb. ”

Onun sözlərin ə görə, nəinki jurnalist, heç bir vətəndaşa belə hər hansı bir hüquqa zidd əməl törədilməsi qəbul edilməzdir.

“Bununla bağlı orada yaranan xoşagələməz halla bağlı inzibati tənbeh tədbiri görülüb ki, nəticə də bəllidir.

XS
SM
MD
LG