Accessibility links

Pakistanla Çin arasında iqtisadi əlaqələr dərinləşir


Çin və Pakistan arasında bir sıra yeni maliyyə sazişlərinin ABŞ və Pakistanın iqtisadi gələcəyi ilə bağlı bu Cənubi Asiya qonşularının siyasi mövvqelərində dəyişikliyi nümayiş etdirir.

Qış Olimpiya Oyunları zamanı Pekində Prezident Si Tsipinin Pakistanın baş naziri İmran Xanla görüşündən sonra iki ölkə arasında artan iqtisadi əlaqələri möhkəmləndirən birgə bəyanat yayılıb.

Hər iki ölkə iqtisadi və texniki, sənaye, investisiya, infrastruktur, kosmos, peyvənd, rəqəmsallaşdırma, standartlaşdırma, təbii fəlakətlərin idarə edilməsi, mədəniyyət, idman və peşə təhsili sahələrində ikitərəfli əməkdaşlığa söz verib.

İki lider arasında görüş Sincanda insan haqlarının pozulması iddiaları ilə ABŞ-ın Olimpiya Oyunlarını diplomatik boykot etməsindən sonra keçirilir. Çin iddiaları rədd edir.

Analitiklərin fikrincə, yüksək səviyyəli görüşün məqsədi bu diplomatik gərginlik dövründə Pekinə dəstəyi nümayiş etdirmək idi.

"Düşünürəm ki, İmran Xanın səfəri həqiqətən də bu boykot qarşısında Pakistanın Çinə dəstəyini nümayiş etdirir. Əsasən də onunla birlikdə Çinə səfər edən yüksək səviyyəli nazirlərin sayını nəzərə alsaq, bu, ictimai dəstəyin nümayişidir" - deyə, Brookings İnstitutunun xarici siyasət üzrə əməkdaşı Madiha Əfzal bildirib.

Pekin və İslamabad arasında diplomatik münasibətlər 1951-ci ilə təsadüf edir. Belə ki, hər iki ölkə Hindistanın qarşılıqlı düşmənin olduğunu və onun Cənubi Asiyada hökmranlığını saxlamağa çalışdığını bildiyi üçün münasibətlərini möhkəmlətməkdə davam edir.

XS
SM
MD
LG