Accessibility links

Yuliya Navalnaya həyat yoldaşının məhkəməsi ərəfəsində Kremli “qorxaqlıqda” ittiham edib


Aleksey Navalnının həyat yoldaş Yuliya Navalnaya
Aleksey Navalnının həyat yoldaş Yuliya Navalnaya

Kremlin həbsdə olan tənqidçisi Aleksey Navalnının həyat yoldaşı onun cəzasını on ildən çox uzada biləcək yeni məhkəmə prosesi ərəfəsində bazar ertəsi Rusiya hakimiyyətini tənqid atəşinə tutub.

Prezident Vladimir Putinin ən kəskin tənqidçisi olan Navalnı keçən ilin fevral ayında özünün və Qərbin Kremli günahlandırdığı zəhərlənmədən sağaldıqdan sonra əvvəlki fırıldaqçılıq ittihamı ilə iki il yarım həbs cəzasına məhkum edilib.

Çərşənbə axşamı Moskva yaxınlığındakı cəzaçəkmə koloniyasında Navalnıya qarşı əlavə fırıldaqçılıq və məhkəməyə hörmətsizlik ittihamı ilə bağlı yeni dinləmə təyin edilib.

Çərşənbə axşamı Moskva yaxınlığındakı cəzaçəkmə müəssisəsində Navalnıya qarşı və məhkəməyə hörmətsizlik ittihamları ilə bağlı əlavə məhkəmə iclası təyin edilib.

45 yaşlı Yuliya Navalnaya İnstaqram səhifəsində "Qorxaqlar və əclaflar, qulaq asın, mən həyat yoldaşımın məhkəməsində iştirak etməyimi tələb edirəm" yazıb.

Aleksey və Yuliya 20 ildən artıqdır evlidirlər və onların iki övladı var.

Navalnaya bildirib ki, yeni məhkəmə işi “o qədər acınacaqlıdır ki, onlar məhkəməni Moskvada keçirməkdən qorxurlar”.

“Mənim həyat yoldaşım namuslu insandır və bu onu bu hakimiyyətdən qorxmadığı üçün həbsdə saxlayırlar” - deyə, Yuliya Navalnaya bildirib.

Navalnıya qarşı dələduzluq ittihamı 2020-ci ilin dekabrında, 45 yaşlı müxalifətçinin Almaniyada sinir sistemini zədələyən zəhərlənmədən müalicə olunduqdan sonra irəli sürülüb.

Müstəntiqlər Navalnını siyasi təşkilatlarına 4,7 milyon dollardan çox ianəni şəxsi məqsədlər üçün istifadə etməkdə ittiham edib. Həmin ittihamlar maksimum 10 il həbs cəzasını nəzərdə tutur.

Navalnını eləcə də keçən il dinləmələrindən birində məhkəməyə hörmətsizlik etdiyinə görə 6 aya qədər həbs cəzası gözləyir.

Navalnının zəhərlənməsi və həbsi xaricdə geniş qınağa və Qərbin sanksiyalarına səbəb olub.

Həbsindən sonra Navalnının ölkə boyu bütün siyasi təşkilatları “ekstremist” elan edilib və bağlanıb. Onun bir çox əsas yardımçıları isə mühakimə olunacağından qorxaraq, Rusiyadan qaçıb.

Yeni məhkəmə prosesi Moskva yaxınlığındakı Pokrov şəhərində onun cəzaçəkmə müqəssisəsində keçiriləcək.

XS
SM
MD
LG